Milli Kitabxanada “Xalq artisti Bəhram Mansurov” adlı kitab sərgisi açılıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Milli Kitabxanada klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi, görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyi münasibətilə “Xalq artisti Bəhram Mansurov” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə muğamı qüsursuz səsləndirən, fitri istedada malik, mahir tarzən Bəhram Mansurovun qramplastinkalara köçürülmüş tar ifaları, Azərbaycan musiqi tarixindəki xidmətləri, sənətkarın yaradıcılıq yolu, incəsənət xadimlərinin xatirələri, bənzərsiz sənət dünyası, qoyduğu irs haqqında ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 12 Fevral 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















