Milli Kitabxanada “Xalq rəssamı Toğrul Nərimanbəyov 95” adlı kitab sərgisi açılıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 7 avqust, AZƏRTAC
Milli Kitabxanada Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasının 95 illiyi münasibətilə “Xalq rəssamı Toğrul Nərimanbəyov-95” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Xalq rəssamı Toğrul Nərimanbəyovun əsərləri, həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, Toğrul Nərimanbəyov yaradıcılığı çoxşaxəlidir: tematik tablolar, portretlər, mənzərələr, natürmortlar, qrafika əsərləri, divar boyakarlığı, teatr dekorasiyaları və s. Onun yaradıcılığının ilk dövrünə aid əsərlərdən “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqalarını qeyd etmək olar.
Rəssamın “Emalatxanada”, “Kafedə”, “Qız Qalası”, “Talış dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və s. əsərlərinin hər biri geniş söz açılmağa layiq sənət nümunələridir.
Böyük rəssamın Azərbaycan və dünya mədəniyyəti qarşısındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Avqust 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















