Milli maraqlara əsaslanan dostluq və qardaşlıq missiyası
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin dəvəti ilə 23 avqust 2026-cı ildə Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri arasında yüksək səviyyəli görüşlər və danışıqlar keçirilib, həmçinin Ali Dövlətlərarası Şuranın üçüncü iclası baş tutub. Səfərin yekunlarına dair 23 avqust tarixində Ölkə Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış etmişdir.
Əvvəlcə qeyd etmək istərdim ki, möhtərəm Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini və iki qardaş ölkə arasında mövcud olan möhkəm dostluq əlaqələrini bir daha ətraflı nümayiş etdirir. Dövlətimizin başçısının Daşkənd və Özbəkistanda gedən sürətli inkişaf prosesləri ilə bağlı fikirləri məhz Prezident cənab Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və məqsədyönlü siyasətin ölkənin tərəqqisində mühüm rol oynadığını göstərir. Bu fikirlər eyni zamanda Özbəkistanın iqtisadi, sosial və infrastruktur sahələrində əldə etdiyi nailiyyətlərin, beynəlxalq mövqeyinin və inkişaf potensialının artmasının yüksək qiymətləndirildiyini ortaya qoyur.
Ölkə başçısı mətbuata bəyanatı zamanı onuda vurğulamışdır ki, Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir. Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və onların hamısı birlikdə münasibətlərimizin çoxşaxəli və bənzərsiz xarakterini nümayiş etdirir. Praktiki olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətlər üzrə əməkdaşlıq həyata keçirilir. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və yeni layihələrə başlayarkən bu layihələrin sadalanması belə əməkdaşlığımızın nə qədər geniş və çoxşaxəli olduğunu göstərir. Bankçılıq sahəsində əməkdaşlığımız, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olması da iqtisadi əlaqələrimizin yeni istiqamətlər üzrə inkişaf etdiyini göstərir. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa böyük ümid bəsləyirik.
Sonda nəticə olaraq bildirmək istərdim ki Azərbaycanla Özbəkistan arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətləri gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. İki ölkənin iqtisadi imkanlarının və birgə təşəbbüslərinin artması əlaqələrimizin yeni istiqamətlər üzrə inkişafına şərait yaradır. Qarşıdakı dövrdə bu münasibətlərin daha da dərinləşməsi həm Azərbaycan, həm də Özbəkistan üçün yeni uğurlar və perspektivlər vəd edir.
Samir Kərimov
YAP Yevlax rayon təşkilatının "Heydər Əliyev pr.38A" ərazi partiya təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:Milli maraqlara əsaslanan siyasət kursu
08 Yanvar 2026 12:37
Milli maraqlara əsaslanan uğur yolu
09 Yanvar 2026 15:42
Tarixi ənənələrə, ortaq dəyərlərə və milli maraqlara əsaslanan əbədi dostluq
26 Avqust 2026 11:46
Milli maraqlara əsaslanan uğurlu xarici siyasət
12 Mart 2025 10:31
Strateji tərəfdaşlıq və milli maraqlara əsaslanan siyasət
21 May 2025 14:38
Baxış sayı:130
Bu xəbər 25 Avqust 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















