Icma.az
close
up
RU
Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib

Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin 2025-ci il martın 13-də qəbul etdiyi qətnamə ilə əlaqədar Avropa Parlamentinə etiraz məktubu göndərib.

Bu barədə APA-ya Milli Məclisdən bildirilib.

"Biz Avropa Parlamentinin 2025-ci il martın 13-də qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək kimi qanuni hüququ tanınmır. Bundan əlavə, qətnamədə son otuz il ərzində mövcud olmuş tarixi şəraitə və Ermənistanın qanunsuz hərəkətləri nəticəsində Azərbaycan xalqının çəkdiyi böyük iztirablara bilərəkdən göz yumulur", - etiraz məktubunda deyilir.

Məktubda qeyd olunub ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlayıb, dinc Azərbaycan vətəndaşlarına qarşı saysız-hesabsız müharibə cinayətləri törədib: "Bu cinayətlərə etnik təmizləmə, insan hüquqlarının ciddi pozuntuları və Azərbaycanın mirasının sistemli şəkildə məhv edilməsi də daxildir. Avropa Parlamenti bu vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük vermişdir. Bu soyqırımı aktı zamanı erməni silahlı qüvvələri uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 613 günahsız insanı qəddarcasına qətlə yetirmişlər. Azərbaycanın itkin düşmüş 4 minə yaxın dinc sakininin taleyi hələ də məlum deyil, lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Avropa Parlamenti bu cinayətləri görməzdən gəlir, çünki Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur.

Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı separatçılıq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir. Qətnamədə Azərbaycanın 2023-cü ildə "blokada" və "etnik təmizləmə" həyata keçirməsi barədə irəli sürülən ittihamlar başqa bir şey deyil, diqqəti haqsızlığın əsl günahkarlarından – onilliklər ərzində Azərbaycan torpaqlarını işğal etmiş, 750 min azərbaycanlını zorla yurdlarından qovmuş və işğal altında saxladıqları bütün şəhər və kəndləri yerlə-yeksan etmiş Ermənistan silahlı qüvvələrindən yayındırmağa yönələn siyasi motivli uydurmalardır.

Qeyd edilməlidir ki, Qarabağ bölgəsinin Azərbaycanın Konstitusiya çərçivəsinə yenidən inteqrasiyası beynəlxalq hüquqa tam uyğun həyata keçirilmişdir. Erməni milliyyətli sakinlərin böyük əksəriyyəti könüllü olaraq köçmək qərarına gəlmişlər və Azərbaycan hələ də onların hüquq və təhlükəsizliyini təmin etməyə hazırdır. Bu baxımdan Avropa Parlamentinin "sanksiyalar", sazişlərin "dayandırılması" və diplomatik məhdudiyyətlər barədə çağırışları Azərbaycanın daxili işlərinə qarışmaq üçün göstərilən qəbuledilməz cəhdlərdir. Bu cür siyasi motivli hərəkətlər regionda sabitliyə xidmət etmir, əksinə, yalnız gərginliyi artırır və davamlı sülhə nail olmaq perspektivlərini sarsıdır.

Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiq olaraq qalır. Heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham bizi qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirə bilməz. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunvericiliyini pozmuş, ədalətli və şəffaf məhkəmə prosesi çərçivəsində məsuliyyətə cəlb edilməli olan cinayətkarlardır. Bütün tərəflər belə bir reallığı qəbul etməlidirlər ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və silahlı separatizmdən qorumaq kimi suveren hüququnu həyata keçirir. Beləliklə, Avropa Parlamentinin qətnaməsi sülhü və ya ədaləti deyil, düşmənçiliyi qızışdırmaq və birtərəfli siyasi gündəliyi təşviq etmək cəhdidir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Avropa Parlamentini sülhə və barışığa qarşı yönələn siyasi motivli hərəkətlərə yol verməkdənsə, ədalət və suverenlik prinsiplərinə hörmət bəsləməyə çağırırıq. Yalnız haqq-ədalət və qarşılıqlı anlaşma sayəsində Cənubi Qafqazda həqiqi sabitlik əldə edilə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Mart 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see338

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see177

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see136

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see119

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see118

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see117

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see114

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see114

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see114

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri