Icma.az
close
up
RU
Milli Məclisdən Fransa parlamentinə ETİRAZ

Milli Məclisdən Fransa parlamentinə ETİRAZ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisın Korsika Xalqına Dəstək Qrupu Fransa Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə dair bəyanat yayıb.

Milli Məclisdən Redaktor.az-a daxil olan bəyanatda Fransa Milli Assambleyasının Azərbaycana qarşı qərəzli mövqeyinə etiraz ifadə olunub.

Bəyanatda qeyd edilib:

“Fransa Milli Assambleyası Azərbaycana qarşı qərəzli mövqeyini növbəti dəfə nümayiş etdirərək, ölkəmizə qarşı, o cümlədən Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı absurd iddiaların əks olunduğu qətnamə qəbul edib. Digər tərəfdən, bu ölkənin xarici işlər naziri Jan Noel Baro da Milli Assambleyadakı çıxışında həmin iddiaları təkrarlayıb, ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirib.

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu olaraq, biz beynəlxalq hüquqa və obyektiv reallığa uyğun gəlməyən qətnaməni və səsləndirilmiş fikirləri şiddətlə qınayır, bunları Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndiririk.

Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenlik prinsipinə sadiqdir. Bakı Təşəbbüs Qrupu isə məhz bu prinsiplərə əsaslanaraq, beynəlxalq platformalarda müstəmləkəçilik siyasətinə qarşı çıxış edən, azadlıq və ədalət uğrunda mübarizə aparan xalqlara dəstək məqsədi daşıyan bir platformadır.

Fransa tərəfinin bu təşəbbüsü gözdən salmaq cəhdləri, əslində onun öz bədnam müstəmləkə siyasətinə haqq qazandırmaq niyyətindən irəli gəlir.

Fransa kimi beynəlxalq hüququ və demokratiyanı müdafiə etdiyini iddia edən bir dövlətin Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalına göz yumması, bu müddət ərzində bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşməsinə, mədəni və dini abidələrin dağıdılmasına səssiz qalması bu ölkənin əsl simasının sübutu, adət etdiyi ikili standartların daha bir bariz ifadəsidir.

Biz bu gün müzəffər Azərbaycan liderinin rəhbərliyi altında artıq suveren ərazilərimizdə yaşayırıq, ərazi bütövlüyümüz tam bərpa olunmuşdur. Bununla da biz Fransanın Cənubi Qafqazda apardığı destruktiv siyasətin qarşısını kəsmişik. Ancaq biz görürük ki, Fransa məhz həmin müstəmləkəçilik təfəkkürünü Cənubi Qafqaz regionunda da tətbiq etməyə çalışır. Hələ də Ermənistanı silahlandırır və Ermənistandan manipulyativ alət kimi istifadə edir.

Bu gün Fransa hakimiyyəti Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı addımlarını hədəf almağa çalışır. Lakin Fransa artıq anlamalıdır ki, onun müstəmləkəçilik siyasəti, Yeni Kaledoniya və digər bölgələrdə yerli xalqların iradəsinin kobud şəkildə pozulması Bakı Təşəbbüs Qrupunun səyləri sayəsində artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Biz Fransa hakimiyyətini və qanunvericilik orqanını beynəlxalq hüquq və ədalət prinsiplərinə zidd siyasətlərdən imtina etməyə, fundamental insan hüquqlarına hörmət etməyə və dənizaşırı ərazilərdəki xalqların müstəqillik arzularını təmin etməyə çağırırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Aprel 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri