Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Milli Məclis İstilik təchizatı haqqında Qanunu son oxunuşda qəbul edib

Milli Məclis İstilik təchizatı haqqında Qanunu son oxunuşda qəbul edib

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclis (MM) "İstilik təchizatı haqqında" Qanunu son oxunuşda qəbul edib.

Oxu.Az xəbər verir ki, sözügedən layihə parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Layihəyə əsasən, istilik enerjisi istehlakçının aşağıdakı vəzifələri olacaq:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən istilik qurğularının quraşdırılması qaydalarına, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına və istilik qurğularının texniki istismar qaydalarına, habelə yazılı göstərişlərə əməl etmək;

- istilik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərə əməl etmək;

- paylayıcının səlahiyyətli nümayəndələrinin sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış sayğaca baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək;

- istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək.

İstilik enerjisi istehlakçısının aşağıdakı hüquqları olacaq:

- bu qanunun tələblərinə uyğun olaraq tikinti obyektlərinin şəbəkəyə qoşulmasını tələb etmək;

- istilik enerjisinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz istilik enerjisi ilə təmin olunmaq;

- istilik enerjisinin alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq istilik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın satıcı tərəfindən ödənilməsini tələb etmək.

Paylayıcının səlahiyyətli nümayəndələrinin istilik enerjisinin istehlakçısı olan sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Satıcı ilə istilik enerjisinin alqı-satqı müqaviləsi bağlayan istehlakçının istilik enerjisi ilə təchizatı həmin satıcı ilə paylayıcı arasında bağlanılmış müqavilə əsasında həyata keçiriləcək.

Paylayıcının səlahiyyətli nümayəndələri istilik enerjisinin istehlakçısı olan sahibkarlıq subyektlərinin şəbəkəsində quraşdırılmış sayğacın oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar olaraq şəbəkəyə qanunsuz (paylayıcının razılığı olmadan) qoşulma hallarını müəyyən etdikdə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Qanunsuz qoşulma halları aşkar edildikdə, paylayıcı qanunsuz qoşulma xəttini dərhal şəbəkədən ayırmaqla istilik təchizatını dayandırmalıdır.

Şəbəkədə quraşdırılmış sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə paylayıcı:

- 13.7.1. bu barədə akt tərtib edir və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim edir;

- aktda inzibati xəta əlaməti olan əməl qeyd olunmuşdursa, bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə göndərir;

- aktda cinayət tərkibinin əlamətləri olan əməl qeyd olunmuşdursa, bir nüsxəsini cinayət təqibi orqanına təqdim etməlidir.

İstilik enerjisinin talanmasında istehlakçının təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə paylayıcı vurulmuş zərərin ödənilməsini zərər vuran şəxsdən tələb etməlidir.

Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində paylayıcıya vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər bu qanunda nəzərdə tutulmuş qaydalarla tənzimlənəcək.

Bundan əlavə, tikinti obyektlərinin şəbəkəyə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçiriləcək.

Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə güc alması texniki şərtlər əsasında həyata keçiriləcək.

Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə güc alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların şəbəkəyə qoşulması bu qanunda nəzərdə tutulmuş qaydalarla tənzimlənəcək.

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin şəbəkəyə qoşulması qadağan ediləcək.

Aşağıdakı maddədə nəzərdə tutulan hallar istisna olmaqla bu qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır.

Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrdə hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol veriləcək.

Yuxarıdakı maddədə nəzərdə tutulan halların mövcudluğuna hər bir bina üzrə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılacaq.

Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması (bu qanun qüvvəyə minənədək tikilmiş yaşayış binalarına münasibətdə) və ya həmin şəbəkədən ayrılması yalnız binanın mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə) və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatın paylayıcıya yazılı müraciəti əsasında həyata keçiriləcək.

Bu qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan və şəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilli yaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına və istismarına yol verilməyəcək.

Paylayıcı tərəfindən istilik təchizatı aşağıdakı hallarda dayandırılacaq:

- istehlakçının yazılı müraciəti əsasında (istilik təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

- istehlak edilmiş istilik enerjisinin dəyəri barədə satıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 30 (otuz) gün müddətində tam məbləğdə ödənilmədikdə satıcının təşəbbüsü ilə;

- istilik enerjisinin alqı-satqısı müqaviləsinin müddəti bitdikdə yeni müqavilə bağlanılmadıqda;

- təmir-profilaktika və qəza-bərpa işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya borularda (kəmərlərdə) sızmanın qarşısı alındıqda;

- məhkəmənin qərarı ilə;

- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

İstilik təchizatının dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırılma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçiriləcək. İstiliyin dəyərini vaxtında ödəməyən istehlakçıya istilik təchizatının dayandırılması, istilik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Yuxarıdakı ilk üç qadağa hallarında, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən yazılı xəbərdarlıq göndərilmədən istilik enerjisinin verilməsinin dayandırılması qadağan ediləcək.

İstilik təchizatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və paylayıcı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra bir gün müddətində istilik təchizatı bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Paylayıcı istehlakçıya verdiyi istiliyin və isti suyun miqdarını yalnız sayğacın göstəricilərinə (sayğac yalnız binanın şəbəkəyə qoşulma nöqtəsində quraşdırıldığı halda isə istilik enerjisindən istifadə qaydalarına) əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi istilik enerjisinin dəyərini tam hesablayaraq satıcının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi istilik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmayacaq. Satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab satıcı tərəfindən təqdim edilməlidir (göndərilməlidir).

Hesabda istehlakçının istilik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu və həmin qalıq borcun ödənilməli olduğu son tarix göstərilməlidir.

İstehlakçı tərəfindən istilik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra satıcı yol verilmiş səhvə görə düzgün hesablanmamış istilik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz.

Məişət istehlakçıları üçün sayğac həmin istehlakçının qurğusunun qoşulduğu paylayıcının vəsaiti hesabına həmin paylayıcı tərəfindən təchiz ediləcək, quraşdırılacaq və dəyişdiriləcək.

Qeyri-məişət istehlakçıları sayğacla öz vəsaiti hesabına onun istilik qurğusunun qoşulduğu paylayıcı, yaxud istehlakçının seçdiyi podratçı tərəfindən təchiz ediləcək, quraşdırılacaq və dəyişdiriləcək.

Bu qanun qüvvəyə minənədək tikilmiş binalarda sayğacın quraşdırılması texniki baxımdan mümkün olmadığı hallarda paylayıcı tərəfindən binanın girişində quraşdırmış sayğacın istismarı fərdi qaydada sayğacların quraşdırılması üçün texniki imkan yarananadək davam etdiriləcək.

Bu qanun qüvvəyə mindikdən sonra layihələndirilən çoxmənzilli yaşayış binalarında mənzillər üzrə boruların üfüqi paylanması ilə fərdi şəkildə istiliyin və isti suyun verilməsi təmin edilir və hər bir mənzil üçün sayğacın quraşdırılması həyata keçiriləcək.

İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunun 11-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.

Belə ki, həmin maddəyə əsasən, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti su istehlakçılarını ağıllı sayğaclarla təchiz edir. Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir. Yuxarıda nəzərdə tutulmuş hallarda ağıllı sayğacların quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olması enerji təchizatçıları tərəfindən əsaslandırılmalıdır. İstilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclardan istifadəsi texniki cəhətdən mümkün və ya iqtisadi cəhətdən səmərəli olmadığı hallarda, istilik enerjisinin təchizatçısı öz hesabına istilik enerjisi istehlakının ölçülməsi məqsədilə istilik nəzarət cihazlarını və istilik xərclərinin istilik istifadə miqdarına bağlı olaraq bölgüsünü təmin edən sistemləri yuxarıdakı maddə nəzərə alınmaqla quraşdırır. Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılır.

Həmçinin istilik təchizatı sektorunda dövlət tənzimlənməsini, nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum tənzimləyici hesab ediləcək.

Yeni qanun layihəsinə əsasən, istilik təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyata keçirəcək:

- tənzimlənən qiymətləri (tarifləri) müəyyən edəcək (bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək);

- istilik təchizatı subyektləri və istehlakçılar tərəfindən istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət olunmasına nəzarət edəcək;

- istilik təchizatı subyektləri üçün ödənilməsi məcburi olan tənzimləmə haqqının məbləğini hesablayacaq və həmin subyektlərə bildirəcək;

- istilik təchizatı subyektləri arasında yaranan mübahisələrə baxacaq;

- istehlakçıların şikayətlərinə baxacaq;

- şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərini müəyyənləşdirəcək;

- istilik enerjisinin keyfiyyətinə dair texniki tələblərə (fərdi istilik sistemləri istisna olmaqla) riayət olunmasına nəzarət edəcək;

- istilik qurğularının, o cümlədən şəbəkənin payız-qış mövsümünə hazırlığının təmin olunmasına nəzarət edəcək;

- istilik təchizatı sektorunda təbii inhisar subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edəcək;

- istilik təchizatı sektorunda istilik təchizatı sektorunun monitorinqini (o cümlədən, kameral monitorinqini) həyata keçirəcək (bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək).

Tənzimləyici tərəfindən istilik təchizatı sektorunu tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

İstilik təchizatı sektorunda dövlət nəzarəti həyata keçirilərkən istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması aşkar edildikdə onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər veriləcək. Belə göstərişlərin icrası barəsində göstəriş verilmiş istilik təchizatı subyektləri və istehlakçılar üçün məcburi olacaq.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:404
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see342

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see331

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see318

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see315

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see303

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see295

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see275

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see275

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see270

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see268

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see267

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see263

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see261

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see257

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see254

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see235

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see222

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see217

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri