Icma.az
close
up
RU
Milli Məclisdə azərbaycanlılara ÇAĞIRIŞ: Ukraynadakı döyüşlərə QOŞULMAYIN!

Milli Məclisdə azərbaycanlılara ÇAĞIRIŞ: Ukraynadakı döyüşlərə QOŞULMAYIN!

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma ilə xidmət edən zabitlərin dinc dövrdə xidmət müddətinin 6 ay azaldılması, o cümlədən, onlara hərbi rütbələrin verilməsi və Əsasnamədə aparılan dəyişikliklər Vətən müharibəsindən sonra dövlətimizin ordu quruculuğuna dair yeni siyasətinin ifadəsidir:

“Sadə dillə desək, artıq sülh dövrünə keçid baş verir”.

Lakin Z.Oruc bir məsələnin onu xüsusilə, dərindən narahat etdiyini bildirib:

“Son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan onlarla azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır. Müharibəyə könüllü və ya yaşadığı dövlətin tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı, Azərbaycan vətəndaşlarının muzdlu şərtlərlə əməliyyatlara cəlb edilməsi halları artır.

Sosial şəbəkələrdə kəşfiyyat mərkəzlərinə bağlı olduğu şübhə doğurmayan səhifələr hədəfli reklamlar, “müqavilə ilə xidmət” “iş” və ya “təlim” adı altında yığım kampaniyası aparırlar. Həmyerlilərimiz bəzən döyüş bölgələrindən müraciət yayaraq, şirnikləndirici vədlərin yalan məngəsindən çıxmaq üçün kömək istəyirlər.

Rəsmi statistika olmadığından hərbi təşkilatların verdiyi rəqəmlərə görə yüzlərlə soydaşımız və vətəndaşımız qarşı səngərlərdə döyüşürlər.

Azərbaycan dövləti xüsusilə, Suriyada İŞİD bayrağı qaldırılarkən qanunvericiliyini sərtləşdirdi, xaricdə hərbi birləşmələrə qoşulanların fəaliyyətini terrorçuluq əməli kimi ən sərt cəza ilə, o cümlədən, vətəndaşlıqdan məhrumetmə əməlitək qiymətləndirdi”.

Zahid Oruc xatırladıb ki, o dövrdə DTX-nin yaydığı məlumatlarda Yaxın Şərqdə 900-dən artıq vətəndaşımızın döyüşdüyü göstərilirdi:

“Onda torpaqlarımız işğal altında idi və həmin oğullara əlahiddə ehtiyacımız vardı. İndi Vətən müharibəsində peşəkarlıq qazanan şəxsləri Ukrayna müharibəsinə cəlb edənlər, qardaşı-qardaşa atəşə açdıranlar, təkcə onların ailələrinə deyil, həm də dövlətimizə hərbi-siyasi zərbə vururlar.

Əməliyyatlarda həyatını itirən və cənazələri ölkəmizə gətirilən şəxslərin yaxınlarının, qohumlarının “nədən ötrü?”, “kimin uğrunda?” suallarına hakimiyyət orqanlarının açıq münasibət bildirməsi-vətəndaşlarımızı cinayət yolundan daşındırardı. Təkcə Müdafiə Nazirliyinin, yaxud hüquq-mühafizə, prokurorluq orqanlarının deyil, həm də siyasi qiymətləndirmə tələb edən məsələyə geniş ictimaiyyətin, eləcə də kütləvi informasiya vasitələrinin, həmçinin tanınmış hərbçilərimizin fəal mövqe göstərməsi yüzlərlə insanı bizim olmayan müharibədən çəkindirə bilər”.

Komitə sədri qeyd edib ki, bir vaxtlar Suriyaya cənnət ümidilə gedənlərin son 4 ildə iki slavyan qardaşın müharibəsində dini müqəddəslik axtarışlarına da yer yoxdur:

“Ən böyük itki Qarabağda hərbi təcrübə qazanan peşəkar şəxslərin aylıq muzd müqabilində döyüşlərə qatılmasıdır. Görünür, xarici kəşfiyyat mərkəzlərinin məqsədi həm də Vətən müharibəsində iştirak edən və qalib ordu imici qazanan oğulları qəsbkarlıq müharibəsinə qoşmaqla nüfuz itkisinə məruz qoymaqdır. Nəticə təkcə millətimizin deyil, həm də ordumuzun itkisidir.

Mediada ictimailəşən ölüm faktları ilə yanaşı, itkin və əsir düşən həmvətənlərimizin bir çoxu haqqında heç bir məlumat yoxdur. Yaralanaraq, ölkəyə dönən, lakin müharibənin amansız təsirlərini beyinlərində daşıyan şəxslər-ailələri və cəmiyyət üçün ağır mənəvi-sosial qayğıdır, gələcəkdə radikal qruplara qoşulma risqidir. Dövlət Təhlükəsizlik Orqanları haqlı olaraq, keçmiş “vaqnerçiləri” həbs etməklə bütün vətəndaşlarımıza və həmyerlilərimizə çağırış etdi: bizim Vətən müharibəmiz-Qarabağdır, torpaqlarımızın azadlığıdır, indi isə Böyük Qayıdışdır! Terror təşkilatları ilə müxtəlif dövlətlərin nizami orduları tərkibində iştirak etmək eyni məsuliyyətli əməldir”.

Z.Orucun sözlərinə görə, kampaniyanın arxasında 3-cü dövlətlərin kəşfiyyat xidmətlərinin olduğuna şübhə yoxdur:

“Diqqət edin, dünən bir qərbli general deyir ki, orada xərclənən hər avro Avropa əsgərlərinin cəbhəyə getməməsi deməkdir. Əgər öz vətəndaşlarınızın və övladlarınızın canı qiymətlidirsə, onda başqa xalqları nə üçün internasional savaşa qoşursunuz? Cavab sadədir-keçmiş sovet məkanında sülhü istəməyən çoxlu qüvvə var. Rusiya-Ukrayna müharibəsində həyatını itirən vətəndaşlarımız “şəhid” deyil, onları təşviq edənlər genefondumuza zərbə vururlar. Biz “şəhid” adını yalnız Vətənin müdafiəsində canını verənlər üçün deyirik.

Yalnız qardaş Türkiyə uğrunda dövlətimizdən qərar gözləmədən müharibəyə qoşulmaq, Çanaqqala savaşındakı kimi müqəddəs işdir. Vətən müharibəsinin qəhrəmanları ilə yad döyüşlərdə ölənləri bir tutmaq torpaqlarımız üçün canından keçən oğulların ruhunu incitməkdir.

Azərbaycan dövləti rəsmən heç bir dövlətin müharibəsində hərbi müttəfiq kimi iştirak etmir. 

Azərbaycanlılar, Ali Baş Komandanın əmr vermədiyi savaşlara qoşulmayın!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri