Ukraynadakı səfirliyimiz azərbaycanlılara ÇAĞIRIŞ ETDİ: Sığınacaqlara girin
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib.
Lent.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin bununla bağlı müraciət yayıb.
Müraciətdə deyilir ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq.
“Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir. Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vurmağı xahiş edirik”, - müraciətdə qeyd olunub.
Baxış sayı:127
Bu xəbər 20 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















