Icma.az
close
up
RU
Milli Məclisdə Fransa səfiri “topa tutuldu”: “Özünü səfil kimi aparır”

Milli Məclisdə Fransa səfiri “topa tutuldu”: “Özünü səfil kimi aparır”

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Parlamentin iclasında Qərb dairələri tənqid olunub, diplomatlara çağırış edilib: “İttihamlara sərt cavab verməlidirlər”

Bu gün Milli Məclisin plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda 11 məsələyə baxılıb.

Gündəmin məsələləri ilə bağlı fikirlərini bildirən Milli Məclisin İnsan haqları komitəsinin sədri, deputat Zahid Oruc çıxışında deyib ki, Prezident İlham Əliyevin andiçmə mərasimində parlament tribunasından “Bizə təzyiqlər güclənəcək” bəyanatı və "Rossiya-1" telekanalına müsahibəsində “yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” qəzetləri, Dövlət Departamentinin himayəsindəki qeyri-hökumət təşkilatları ölkəmizə hər gün hücum edir” açıqlaması ilə birinci şəxs qələbəmizdən sonra milli təhlükəsizliyimizə ən böyük təhdidlərin informasiya müharibəsi olduğunu göstərir.

Komitə sədri: “Torpaqlarımız kimi informasiya məkanımızı da işğaldan azad etməliyik”

Onun sözlərinə görə, ikiqütblü dünyanın çökməsi, İKT inqilabı və sosial şəbəkələr, "hi-tech" korporasiyaları, izləmə və hakerlər ordusu informasiyanı dağıdıcı geosiyasi silaha çevirib: "Ölkəmizin ictimai rəyində hökmranlıq etmək, rəqəmsal suverenliyimizi pozmaq və dövlət adamlarını linç edərək xalqı hakimiyyətin üstünə qaldırmaq istəyənlərlə savaşmaq, Ermənistan ordusu ilə döyüşmək deməkdir. Torpaqlarımız kimi informasiya məkanımızı da işğaldan azad etməliyik. Gəlin, adlarını çəkək – “Silikon vadisi” beyin mərkəzləri və Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi – OCCRP, USAİD, NED, NDİ və digər təzyiq institutları, məhkəmə-hüquq çəkişmələrində dünya erməni şəbəkəsinin açar isimləri Luis Okampo və Amal Kluni, Bakıya dönük çıxan Harri Kasparovun “İnsan Hüquqları Fondu”, “Bellingcat” və “Blankspot” özəl kəşfiyyat şəbəkəsi, xaricdəki vətən xainləri – milli simasını itirən Mirzəli, Abbaslı, Osmanqızı və digər terror mediası, avropalı muzdlu məmur, parlamentari və bloger ordusu zəfərimizi gözdən salaraq, ölkəmizi 27 sentyabra qədərki vəziyyətə qaytarmağa çalışırlar. Gəlin, onları “işğal partiyası” adlandıraq”.

““Parçala və hökm sür” imperiya siyasətini rəqəmsal əsr üçün yeniləyib “Sındır, Sızdır, Parçala” hökmü ilə əvəzləyiblər”

“Qədim Romadan miras qalan “Parçala və hökm sür” imperiya siyasətini rəqəmsal əsr üçün yeniləyib “Sındır, Sızdır, Parçala” hökmü ilə əvəzləyiblər. “P” hərfi ilə başlayan 4 “ofşor dosyeləri” – Panama, Paradise, Pandora, Pegasus sənədlərində ölkəmizlə bağlı fəsillərin əksəriyyəti küfr və cəfəngiyyatdan ibarət idi. Gözləyirdilər ki, hakimiyyətin “demon” obrazını yaratmaqla ölkəmizi Yaxın Şərqin xaosuna qərq edəcəklər. Türkiyə Prezidenti, hörmətli Rəcəb Tayyib T.Ərdoğan haqlı olaraq, müasir dövrdə dövlətlərin suverenliyinin fiziki sərhədlərdən çox informasiya məkanında hücuma məruz qaldığını, dənizdə mavi vətən olduğu kimi, rəqəmsal dünyadakı kibervətəni qorumağın vacibliyini vurğulayır. Sabiq Prezident Armen Sarksiyan “Ermənistan kiçik dövlət, qlobal millətdir” deyərkən, müharibənin torpaqlardan daha çox digər meydanlarda getdiyini göstərir. Ona görə də aprel ayında xarici terror mediasının təmsilçilərini legitim hədəflər kimi zərərsizləşdirməyə çağırarkən, hərbi meydanda qazandığımız Qələbəni informasiya səngərində də qorumalı olduğumuzu vurğulamışdıq”, - deyə Z.Oruc əlavə edib.

Millət vəkili deyib ki, biz 44 gündə olduğu kimi, “Vətən informasiya müharibəsi” aparmalıyıq: “Lakin bu savaşın silahı tanklar, toplar, raketlər deyil, sözdür, qələmdir, klaviaturadır, virtual tribunalar və səngərdir. Təklif edirik ki, Türk dövlətləri arasında informasiya məkanını qorumaq üçün Bakı bəyannaməsi imzalansın. Dünyanın harasında bizə qarşı cəbhə açırlarsa, ora bizim üçün Şuşa olmalıdır”.

Deputat Prezidentə yeni səlahiyyət verilməsini təklif edib

Deputat Qüdrət Həsənquliyev isə çıxışında Prezidentə yeni səlahiyyət verilməsini təklif edib. Millət vəkili qeyd edib ki, ölkə başçısına yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmalıdır.

Deputat həmçinin çıxışında Azərbaycanın D-8 təşkilatına üzvlüyü məsələsinə də toxunub: “Dünən böyük D-8 təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edirəm. Daha böyük təşkilat olan ÜTT-yə üzv olmaq üçün höküməti yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram”.

“Azərbaycan müsəlman dünyasının lider dövlətlərindən birinə çevrilib”

“Azərbaycan həyata keçirilən uğurlu siyasət nəticəsində müsəlman dünyasının lider dövlətlərindən birinə çevrilib. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin Suriyada baş verən son proseslərlə bağlı Türkiyə Prezidenti ilə danışması, Azərbaycanın Suriya xalqına humanitar yardım göstərməyə hazır olmasını ifadə etməsi bu fikri bir daha təsdiq edir”. Bu sözləri isə deputat Ceyhun Məmmədov səsləndirib.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan müsəlman ölkələrinə qarşı həyata keçirilən ikili standartlara, ədalətsizliyə öz münasibətini açıq bildirən azsaylı ölkələrdəndir: “Bir müddət bundan əvvəl də Prezident Ərəb Liqasına üzv təşkilatlarının zirvə sammitində də müsəlmanlara qarşı ayrı-seçkiliyi və ikili standartları sərt tənqid etmişdi. Həmin çıxış da ərəb ölkələrinin liderləri tərəfindən heyranlıqla dinlənilib və çox yüksək qiymətləndirilib”.

Diplomatlara çağırış: “Qarabağa qayıdış və yenidənqurma işləri fəal təbliğ olunmalıdır”

Daha sonra iclasda “Diplomatik xidmət haqqında” qanun layihəsi müzakirə edilib. Müzakirə zamanı deputat Fərid İsmayılzadə bildirib ki, diplomatlarımız son 30 ildə çox mürəkkəb, bəzən təhlükəli şəraitdə çalışıblar: “Onlar ölkəmizin milli maraqlarını müdafiə ediblər və etməkdədirlər. Hesab edirəm ki, böyük zəfər əldə etmiş Azərbaycanın qarşısında yeni çağırışlar dayanır. Ölkəmizinn rəqəmsal təhlükəsizliyinin qorunmasında yeni çağırışlar yaranıb. Düşünürəm ki, bu gün dünyada Qarabağa qayıdış və yenidənqurma işləri fəal təbliğ olunmalıdır. Yeni ticarət əlaqələrinin güclənməsinə səfirlərimiz daha çox diqqət yetirməlidir. Bununla yanaşı, diplomatlarımızın təhlükəsizliyini, internet resurslarından istifadə ilə bağlı maddələrin də qanuna əlavə edilməsini vacib sayıram”.

“Fransa səfiri hakim kimi çıxış etməyə başlayıb”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov isə deyib ki, Prezident İlham Əliyevin son müsahibəsi Azərbaycanın maraqlarını bütün dünyaya çatdırılması baxımından hər kəs üçün yol xəritəsidir: “Bu çıxışdan sonra ayrı-ayrı dövlətlər Azərbaycana qarşı öz məkrli siyasətini həyata keçirməyə başlayacaqlar. Diplomatlarımızın burada olmasından istifadə edərək demək istəyirəm ki, onlar bütün ittihamlara sərt cavab verməlidirlər. Sonuncu dəfə Fransa səfirinin (Ann Buayon - red) çıxışını gördük. Fransa səfiri özünü səfir kimi yox, Hüqonun təbiri ilə desək, səfil kimi aparır”.

Spiker S.Qafarova deputatın fikirlərini dəstəkləyib və əlavə edib ki, “Azərbaycan Xarici İşlər Nazirliyinin təxribatla məşğul olan səfirliklərə sərt şəkildə cavab verir”.

Deputat Elşən Musayev isə söyləyib ki, Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi absuddur: “Fransa səfiri hakim kimi çıxış etməyə başlayıb. İndiyədək başqa ampluada çıxış etməmişdi ki... Ancaq Fransanın mövqeyi iflasa məhkumdur”.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Toplantıda həmçinin gündəliyə çıxarılmış digər məsələlər də müzakirə edilərək qərarlar qəbul olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://ayna.az
archiveBu xəbər 20 Dekabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri