Icma.az
close
up
RU
“NAZİRLİKLƏRİN HAMISININ MİLLİ MƏCLİSDƏ LOBBİ FƏALİYYƏTİ VAR” “Xırda vəzifə sahibləri də özünü padşah kimi aparır”

“NAZİRLİKLƏRİN HAMISININ MİLLİ MƏCLİSDƏ LOBBİ FƏALİYYƏTİ VAR” “Xırda vəzifə sahibləri də özünü padşah kimi aparır”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabir Rüstəmxanlı: “Təhsil sistemi bərbad vəziyyətdədir, seçilən yol doğru deyil”

“Qarabağı ermənilər boşaltmışdı, rayonlarda kəndləri isə özümüz boşaldırıq”

Tanınmış ziyalı, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlı ilə 80-ci yaşının ilk həftəsində söhbətləşdik. O, öz həyatından, yaradıcılığından, ictimai-siyasi fəaliyyətindən, cəmiyyətdəki problemlərdən, onlardan çıxış yollarından danışdı, ən müxtəlif mövzulara dair suallarımızı cavablandırdı.

(Müsahibənin əvvəli burada)

- Sabir bəy, Tənzilə xanım bu günlərdə demişdi ki, partiya müxalif mövqedə dayanır. Hazırda hökumətə müxalifətçilik bir qədər dəbdən düşüb. Xüsusən də vətəndaşlar mövcud şəraitdə siyasətdə perspektiv axtarmırlar. Bunları da nəzərə alsaq, VHP-nin hökumətə müxalifətçiliyini nədə görmək mümkündür?

- Müxtəlif müxalifətçilik modelləri var. Məsələn, ABŞ-də Demokratlar və Respublikaçılar var. Guya səs toplayıb gəlirlər hakimiyyətə, çoxlu pullar da xərcləyirlər. 4-8 il sonra dəyişilir. Həmin illərdə hakimiyyətdə olmayan tərəf tənqid edir, amma yenə münasibətlər pozulmur, davam edir. Ona görə də müxalifətçiliyə yalnız 80-90-cı illərdəki kimi baxmaq lazım deyil. Təqdim olunan şeylərə əks münasibətin varsa, bu, müxalifətçilikdir. Bu gün meydanlardan gəlib hakimiyyəti dəyişmək mümkün deyil. Müxalifətdə olan şəxslərin bir çoxu, o cümlədən də mən, heç onun tərəfdarı da deyilik. Çünki bu, tarixin üzərində bir çapıq kimi qalır. Bunu etmək istəmirik. Hakimiyyətin səhvləri kritik həddə çatanda bizdən asılı olmadan da siyasi partiyalar bir araya gələr və uyğun addım atılar.

Azərbaycan iqtidarı deyəndə, mən hakimiyyəti, bütünlükdə hakim partiyanı qarşıma almıram. Azərbaycan Prezidentinin ölkədə kifayət qədər böyük reytinqi var. Atdığı addımlar da bir çox şeyin cavabıdır. Məsələn, düşünürsən ki, kaş bu olardı, sabah görürsən Prezidentin bununla bağlı fərmanı var. Əlbəttə, qanunlarda boşluqlar var, mən də bunu dəfələrlə yazmışam. Qanunlar Milli Məclisdə qəbul olunur, amma qanunvericilik sistemi uyğunsuzdur. Bu, müxtəlif dünya ölkələrinin modelləri əsasında hökumət tərəfindən hazırlanır. Sonra Prezident Adminstrasiyasından parlamentə gəlir. Prezident Adminstrasiyasından gələn qanunlara da ciddi dəyişiklik etmək imkanı yoxdur.

- Gəlirsə, mütləq qəbul olunmalıdır?

- Bəli. Çünki bir yerdən gəlir. Biz də Milli Məclisdə qanun layihələri təklif etmişdik, heç biri müzakirəyə çıxarılmadı. Qanun layihələri Adminstrasiyasından parlamentə gelir, təbii ki, onlara Prezidentin detallı baxmaq imkanı da yoxdur. Oradan da göndərilir Nazirlər Kabinetinə, tapşırılır ki, buna uyğun əsasnamələr hazırlansın və qanun həyata keçirilsin. Biz kitabxanalar haqqında qanun qəbul olunanda orada açıq yazmışdıq ki, kitabxanalar özəlləşdirilmir. Gördük, layihə Nazirlər Kabinetindən çıxanda yazılıb ki, kitabxanalar özəlləşdirilə bilər.

- Yəni, deputatlar qəbul edəndən sonra?

- Bəli. Elə qanun var ki, 120-150 düzəlişi var. Bəlkə də zəruridir, amma bu düzəlişlərin bir çoxu xalqın xeyrinə deyil. Dövlət qurumlarının, müəssisələrin xeyrinədir. Cərimələr artırılsın, qaza, işığa limit qoyulsun və s. Nazirliklərin hamısının Milli Məclisdə lobbi fəaliyyəti var, güclüdürlər...

- Yəni, deputatlar nazirlərə lobbiçilik edirlər?

- Belə hallar var,həmişə də olub. Bütün dünya parlamentlərində lobbiçilik var. Bundan başqa, ölkənin məhkəmə sistemində xeyli dəyişiklik var, amma gözlənilən səviyyədə deyil.

- Sizin partiyanın millət vəkilləri hansısa qanunla bağlı tutacaqları mövqeyi əvvəlcə partiyada müzakirə olunurmu?

- Büdcə partiyada müzakirə olunur. Amma qanunların hamısını müzakirə etmək olmur. Bəzən gedirsən Milli Məclisdə görürsən ki, qanun artıq qəbul olunub.

- Sizin partiyanın deputatları büdcə layihələrinin əleyhinə səs veribmi?

- Yox. Çünki büdcənin tam əleyhinə səs verilməməlidir. Büdcədə iqtisadiyyatın inkişafı məsələləri, müəyyən sahələrə - hərbi, müdafiə, hətta partiyalara ayrılan pul məsələsi var.

Amma mənim üçün kəndi zəif olan ölkənin ümumi inkişafından danışmaq olmaz. Diqqət kəndə verilməlidir. Onun mədəniyyət subyektlərinin, kitabxanalarının yarısı ixtisar olunub.

-Yəni, kəndlərdəki vəziyyət sizi qane etmir...

- Xeyr. Dəfələrlə demişəm:kəndlər boşalır. İndi Qarabağa qayıdırıq. Qarabağı ermənilər boşaltmışdı, rayonlarda kəndləri isə özümüz boşaldırıq. Vaxtilə məktəbdə 300 uşaq oxuyurdu, indi 50 uşaq oxuyur.

- Təhsil naziri də deyir ki, 1500 məktəb bağlana bilər…

- Ümumiyyətlə, təhsil sistemi bərbad vəziyyətdədir.

- Niyə düzəlmir? Neçə nazir dəyişib, proqramlar qəbul olunub.

- Nazirlər bəlkə də yaxşı adamlardır, onlarla işim yoxdur. Amma seçilən yol doğru deyil. Vaxtilə bizim sovet məktəbləri sistemi var idi. Bəlkə də indikindən daha üstün idi. Düzdür, təhsil mürəkkəb məsələdir, amma birmənalı şəkildə təhsildə orta məktəbin nüfuzu artırılmasa, o təhsilin gələcəyi yoxdur. Müəllimin maaşı artırılmalıdır.

- Müəllimin maaşı ölkədə orta aylıq əməkhaqqından aşağıdır.

- Xeyr.

- Orta aylıq əməkhaqqı 1000 manat civarındadır. Müəllimin əməkhaqqısı 800 manata çatmır.

- Bəziləri 1000 manat da alır. Bunlar yaşla, stajla bağlıdır, həm də dağ rayonlarındakı məktəblərdə çalışanlara dəstək də var.

- Orta məktəbdə 65 yaşına çatan müəllimlərin əmək fəaliyyəti dayandırılır. Bu barədə nə deyə bilərsiniz?

- Buna pis baxıram. Milli Məclisdə də demişdim ki, biz müəllimi bu qədər alçaltmayaq. 65 yaşdan sonra deyirlər işləyə bilməzsən. Gedir, adam tapır, rüşvət verir, 1 il artırır. Sonra 1 ildən sonra eyni şey təkrar olunur. Əksinə, 65 yaş müəllim üçün ən gözəl yaşdır.

- Sabir bəy, səhiyyədə vəziyyət necədir sizcə?

- Səhiyyə sığortasının tətbiqi çox yaxşıdır. Bir çox hallarda adamların köməyinə çatır. Sonra özəl klinikalar, xaricdən dəvət olunmuş mütəxəssislər müəyyən dəyişiklik yaradır. Amma məsələn, TƏBİB-lə bağlı xeyli tənqidi yazılar oxumuşam. Müəyyən fikirlərə görə orada ciddi problemlər hələ də var. Sığorta işi elədir ki, mənim-sənin ola bilməz – hər kəsə eyni gözlə baxılmalıdır. Mən Bakı Sağlamlıq Mərkəzində qeydiyyatdayam. Hər şey yüksək səviyyədədir. Başqa yerlərə getmirəm, amma şikayətlər çoxdur. Həkimlik, dərman işi ilə bağlı da xeyli şikayət var.

Türkiyədə 5-6 manata aldığım təzyiq dərmanı Bakıda alman aptekində 120 manat idi... İki dəfə, üç dəfə baha olsun, amma 20 dəfə baha dərman olar? İnsanda vicdan olmalıdır... Bunu gətirən insan deyil? İzləmək, baxmaq lazımdır onun qiymətinə.

- Əhalinin sosial vəziyyəti barədə də suallarım var. Hansı siqnallar alırısz cəmiyyətdən?

- İnsanların bir nömrəli qayğısı işsizliklə bağlıdır. Xüsusən də rayonlarda. Ona görə insanlar Bakıya axışır. Buna iki cür baxmaq olar. Ağır dönəmdən çıxmışıq. Qarabağ bərpa olunmalıdır. Hələ savaş bitməyib, ordu yüksək səviyyədə olmalıdır. Hərbi sənaye inkişaf etməlidir. Bu cür yanaşanda dözümlü olmaqda fayda var. Amma bir hissəsi də məmur özbaşınalığından qaynaqlanır. İcra başçısı icra hakimiyyətində elə oturub, elə bil şəxsi qalasıdır.

- Sabir bəy, gənc nəsilin vəziyyəti dəyişəcəyinə ümid vardı, amma o da doğrulmur...

- İndi xırda vəzifə sahibləri də özünü padşah kimi aparır. Bunlar sistemdən, məktəbdən gəlir. Gənc nəslin bir çoxu özünü vəzifədə necə aparmaq lazım olduğunu bilmir.

- Ölkənin imkanları zəifləyir. Neftin qiyməti düşür, hasilat azalır, idxal artır. Sizcə, bu gedişat nə vəd edir?

- İqtisadi imkanların zəifləməsinin bir səbəbi də özümüzdədir. Müstəqilliyin ilk illərində insanlar böyük həvəslə torpaq götürürdü, taxıl, bostan əkirdi. Sonra bu quldur ticarətçilər kənardan taxıl da, meyvə də gətirdi. Daxili bazar qorunmadı, işləmək həvəsini öldürdülər. Meyvə yetişir, ağacda qalır, yığan olmur. Maşına yığıb Rusiyaya aparmaq istəyirsən, deyirlər 1000 dollar lazımdır ki, bu maşın tərpənsin. Nə qədər soyuducu kameralar tikildi, indi görəsən, oralar meyvə ilə dolurmu? Bir istehsal müəssisəsi üçün 10 yerdən icazə almalısan. Bir dükan açırsan, 10 yerdən gəlirlər.

- Perspektivə ümidiniz varmı?

- Mən heç vaxt ümidimi itirməmişəm. Azərbaycan regionun ən güclüsü olacaq.

- Sərhədlər bağlıdır, bununla bağlı müəyyən arqumentlərgətirilir…

- Rusiyada, orada-burada səfeh-səfeh adamlar deyirdilər ki, yığışıb gedib Azərbaycanda hakimiyyəti dəyişəcəyik. Yəqin, belə siqnallara görə hakimiyyət də belə qapanmalara getdi. Xəstəlik məsələsi də var idi. Amma sərhədlər açılmalıdır. Milyonlarla insan Rusiyada yaşayır. Niyə Gürcüstan qazanmalıdır bundan, biz yox!? Bir neçə dəfə ümumiyyətlə bəyanat olub ki, açılacaq. Nazirlər Kabineti öz sözünə hörmət etməlidir.

- Bu suala yenə qayıtmaq istəyirəm, gələn il 80 illik yubileyiniz olacaq. Azərbaycan ictimai-siyasi həyatında, mədəniyyətində, ədəbiyyatında böyük rolunuz olub. Dövlətdən nə gözləyirsiniz?

- Allaha minnətdar olacam ki, 80 il yaşamışam. 15 cildlik seçilmiş əsərlərim var. İstənilən vaxtda həyatımda risklər olub. Təyyarə qəzasına düşmüşük. 3-4 dəfə dənizdə boğulmaq təhlükəsi olub. Kəndirbaz ipin üzərində gedən kimi getmişəm. Amma yaşamışam, nə qədər yazılar yazmışam. Bunu mənə taleyim verib. Buna sevinirəm. Başqa bir şey danışırıq bəzən, hərə bir mövqedən yanaşır. Biri sənin öz yoluna, ədəbiyyat işinə, siyasi yoluna sadiqliklə baxır. Ola bilər, hamısı da müəyyən yerdə əks-səda doğurur. Heç bir şey istəmirəm. Ciddi bir gözləntim yoxdur. "Xalq şairi" adı ən yüksək addır…

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 May 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri