Milli Məclisdə həkimlərin sertifikasiyası ilə bağlı təklif
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
”Həkimlərin sertifikasiya imtahanından kəsilməsindən sonra birbaşa işdən çıxarılması doğru deyil”.
Modern.az xəbər verir ki, bu sözləri deputat Rəşad Mahmudov Milli Məclisdə keçirilən Əmək Məcəlləsinə, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.
“Onları yenidən imtahana cəlb etmək lazımdır. İmkan vermək lazımdır ki, 2-ci, 3-cü, 4-cü dəfə imtahan versinlər. Lakin imtahandan kəsilən kimi işdən uzaqlaşdırılması məsələsinə yenidən baxılmalı və qərarlar verilməlidir”. – deyə R. Mahmudov qeyd edib.
“Həkimləri sıxışdırdıqca bir şey əldə etməyəcəyik”, – deyə o sonda qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 16 May 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















