Milli Məclisdə məktəblərlə bağlı təklif
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Məktəblərdə ən böyük problem şagird sıxlığı ilə bağlıdır”.
"Bakupost" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa danışıb. O, məktəblərdəki ən böyük problemlərdən danışıb:
“Buna misal olaraq 192 saylı məktəbi göstərə bilərəm. Məktəbdə 850 şagird yeri olduğu halda, 2551 uşaq təhsil alır. Bu, nəzərdə tutulmuş şagird sayından üç dəfədən çoxdur. Müəllim dərs zamanı bir şagirdə cəmi 30 saniyə vaxt ayıra bilir. Belə şəraitdə uşağı necə savadlı və hazırlıqlı yetişdirmək olar? Digər tərəfdən, məktəbin idman zalının sahəsi 25 kvadratmetrdir. Belə bir idman zalında hansı nailiyyətləri əldə etmək mümkündür?”
Deputat bu və bu kimi digər məktəblərlə bağlı təklif irəli sürüb:
“Bu məsələ ilə bağlı təklifim var və nazirə məktub da ünvanlamışam. Məktəblərin həyətlərində bəzilərinin sahəsi geniş, bəzilərinin isə kiçikdir. Sahəsi geniş olan məktəblərdə, eləcə də modul tipli məktəblərin ərazilərində 10-15 sinif otağından ibarət əlavə tədris sahələrinin yaradılması şagird sıxlığını iki dəfə azaltmağa və məktəblərdə növbəlilik sisteminin təşkilinə kömək edə bilər. Bu problem sürətli şəkildə və az məsrəflə həll olunsa, şagird sıxlığı aradan qalxar və təhsilin keyfiyyəti artar".
Baxış sayı:50
Bu xəbər 23 Oktyabr 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















