Icma.az
close
up
RU
Milli Məclisdə ICAPP heyəti ilə görüş

Milli Məclisdə ICAPP heyəti ilə görüş

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Milli Məclisin sədri Sahibə Qafarova Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin sədri Çunq Eu-yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın Asiya ölkələri ilə siyasi əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən Sahibə Qafarova ICAPP-ın regionda çoxtərəfliliyin, həmrəyliyin mühüm mexanizmi kimi çıxış etdiyini, Asiyada sülhü, təhlükəsizliyi və əməkdaşlığı təşviq edən mühüm platforma olduğunu bildirib.

Söhbət zamanı ulu öndər Heydər Əliyevin qurucusu, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin hakim partiyası kimi rolu, fəal beynəlxalq əlaqələri haqqında məlumat verilib. YAP-ın Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında fəal və uğurla təmsil olunmasından məmnunluq ifadə olunaraq, tərəflər arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib.

ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq təmsil etdiyi təşkilatın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyib və ölkəmizin hakim partiyası ilə mövcud əlaqələrin inkişafını qeyd edib.

Söhbətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Azərbaycan Milli Məclisinin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə ICAPP arasında əməkdaşlığın inkişaf perspektivləri, Asiya regionunda parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı anlayışın dərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see542

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see519

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see497

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see405

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see336

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see324

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see322

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see254

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see252

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see226

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see226

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see218

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see195

Norveç millisi pis şəraitə görə DÇ 2026 nın dörddəbir finalından əvvəl oteli dəyişib

09 İyul 2026 02:17see185

Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı alkoqol zəhərlənməsi...

09 İyul 2026 03:04see185

Milli maraqlar naminə fövqəladə missiya

09 İyul 2026 00:54see173

Yamal Ronaldodan danışdı “Uşaqlığımıza damğa vurub”

09 İyul 2026 03:33see171

Avropa çempionatı: Millimiz yarışı beş medalla başa vurdu

09 İyul 2026 01:39see166

Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil

09 İyul 2026 15:38see150

Birinci xanımlar Çankaya Köşkündə FOTOLAR

08 İyul 2026 22:48see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri