Icma.az
close
up
RU
Milli Məclisdə görüş

Milli Məclisdə görüş

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Martın 12-də Milli Məclisin sədr müavini Ziyafət Əsgərov XII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Polşa Respublikası Senatı Marşalının müavini Mixail Kaminski ilə görüşüb.

Qonağı salamlayan Ziyafət Əsgərov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi  forumun qlobal çağırışlar fonunda aktual məsələləri müzakirə etmək, müxtəlif ölkələrdən olan ali səviyyəli qonaqları bir araya gətirərək fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıdığını bildirib.

O,  Azərbaycan - Polşa münasibətlərinin yalnız diplomatik sferada deyil, o cümlədən iqtisadi, mədəni, siyasi sahələrdə də yüksələn xətt üzrə inkişaf  etdiyini  vurğulayıb. Ziyafət Əsgərov  Polşa və Azərbaycan arasında neft-qaz sahəsindəki əməkdaşlığın təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, eyni zamanda Azərbaycanın Avropaya qaz tədarükündə oynadığı strateji rola və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verdiyindən də söz açıb.

Qonaq Polşa Respublikası Senatı adından göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycandakı dini və irqi tolerantlıq ənənələrini yüksək qiymətləndirərək, ölkənin müxtəlif mədəniyyət və konfessiyaların dinc birgəyaşayışına verdiyi töhfəni xüsusi vurğulayıb.

Söhbətdə Polşa və Azərbaycan arasında parlamentlərarası əlaqələrin  iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın möhkəmlənməsinə töhfə verərək, qarşılıqlı anlayışın və strateji tərəfdaşlığın güclənməsinə xidmət etməsindən bəhs olunub.

Görüşün sonunda tərəflər Azərbaycan-Polşa münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə və qarşılıqlı əməkdaşlığın yeni perspektivlər qazanacağına ümid etdiklərini bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri