Icma.az
close
up
RU
Milli Məclisdə Mehdiyevlə bağlı müzakirələr Deputatlar arasında gərginlik + VİDEO

Milli Məclisdə Mehdiyevlə bağlı müzakirələr Deputatlar arasında gərginlik + VİDEO

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı çıxışlar zamanı deputatlar arasında fikir mübadiləsi yaşanıb.

"AzPolitika" xəbər verir ki, deputat Tənzilə Rüstəmxanlı iclasda çıxış edərək bildirib: “Xalqımızı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm. Buradan başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə anıram. Onların üzərimizdə haqqı çox böyükdür”.

Deputatın bu fikirlərinə Siyavuş Novruzov etiraz edib. O, Tənzilə Rüstəmxanlının çıxışında tarixi yanlışlıq olduğunu vurğulayıb: “Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. O 43 nəfər özünü istiqlal yolunda görüb və referendum əleyhinə səs verib. Müstəqillik başqa, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verdi”.

Müzakirəyə spiker Sahibə Qafarova da müdaxilə edib: “Çıxışlarda bəzi nöqsanlar olur. Burada olan çıxışlarda da bəzi nöqsanlar oldu”.

Spiker həmçinin əlavə edib: “Mən sonra sizinlə ayrı bir məsələni də danışacağam”.

Tənzilə Rüstəmxanlı isə həmkarının fikirlərinə cavab verib: “Buna cavab verməsəm, olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi. Qeyd etdiyim 7 mart 1991-ci ildə SSRİ-nin bərpa olunması ilə bağlı idi. Deputatların cəmi 43-ü, içində də Heydər Əliyevin təmsil olunması ilə referendumun əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Məni yanlış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim. Çox istərdim ki, bu gün dövlət çevrilişində əli olan, Azərbaycanın ən yüksək məqamlarını işğal edən Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq bir cümlə deyib tarix yazaydı”.

Sahibə Qafarova mövzuya yenidən münasibət bildirərək vurğulayıb: “Mən ona görə dedim ki, Siyavuş müəllim, bəzi məsələləri ayrıca danışarıq. Sabah bayram günüdür, bu gün bayram təbrikləri ilə iclasa başladıq. Düşünürəm ki, bu söhbətlərin yeri deyil. Yenə təkrar edirəm, öncədən Siyavuş müəllimə dedim ki, bəzi məsələləri sizinlə danışacağam”.

İclasın gedişində Siyavuş Novruzov yenidən söz istəsə də, spiker bu məsələ ilə bağlı ikinci dəfə ona çıxış icazəsi verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Oktyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri