Milli Məclisdə yeni şöbə yaradılsın! Vitsespikerdən TƏKLİF
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin sədr müavini Rafael Hüseynov parlamentdə Qanunvericilik dili və hüquq terminologiyası adlı şöbə yaradılmasını təklif edib.
Modern.az xəbər verir ki, o bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında danışıb.
Deputat qeyd edib ki, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər:
“Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”.
Milli Məclisin sədri Sahibə Qafarova deputatın təklifinə cavab olaraq bildirib ki, qanun layihələri əvvəlcə linqvistik ekspertizadan keçirilir: "Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 04 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















