Millî Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mayın 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclası açan komitə sədri Tahir Rzayev gündəliyə 3 məsələnin daxil edildiyini söyləyib.
Qanun layihələri barədə məlumat verən komitə sədri “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı bildirib ki, sazişin məqsədi bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqdır. Vurğulanıb ki, sənəd, bir tərəfdən məhsullarımızın xarici bazarlara çıxışını asanlaşdırır, digər tərəfdən isə ölkəyə idxal edilən məhsullar vasitəsilə zərərli orqanizmlərin daxilolma riskinin qarşısını almaq üçün effektiv hüquqi mexanizm yaradır.
İkinci məsələ olan “Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Tahir Rzayev diqqətə çatdırıb ki, layihə pambığın alqı-satqısının sənədləşdirilməsi qaydasının Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb. Qanun layihəsinə əsasən, pambığın alqı-satqısı prosesi elektronlaşdırılır. Bu həm də pambıqçılıq sahəsində vergi və subsidiyalar üzrə avtomatlaşdırılmış təhlilin aparılmasına, sahibkarlar və fermerlər üçün əməliyyatların sadələşdirilməsinə imkan verəcək.
Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, təqdim edilən qanun layihəsi mirasın qəbulu institutunun tələblərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənəddə mirasın qəbulu, mirasdan imtina, irsi transmissiya, mirasın siyahıya alınması, miras qoyanın öhdəliklərinin icrasının hüquqi təminatı kimi məsələlərdə yeni qaydalar müəyyən edilir və bəzi qeyri müəyyənliklər aradan qaldırılır.
Qanun layihələrinin müzakirəsində komitə üzvləri Eldar İbrahimov, Azər Badamov, Novruzəli Aslanov, Vüqar İskəndərov, Aydın Hüseynov və Cavanşir Paşazadə çıxış ediblər, layihələrlə bağlı fikirlərini bildiriblər.
İclasın yekununda gündəlikdəki qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Ali Məclisin Humanitar siyasət komitəsinin iclası keçirilib
30 Yanvar 2025 18:32
Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib AZƏRTAC
20 Dekabr 2024 19:19
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
25 Fevral 2025 17:09
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
21 Yanvar 2025 17:52
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
04 Noyabr 2024 18:40
Baxış sayı:100
Bu xəbər 19 May 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















