Icma.az
close
up
RU
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Fevralın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında növbəti iclası keçirilib. Newscenter.az xəbər verir ki, iclası açan komitə sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.
Qanun layihələri barədə qısa məlumat verən komitə sədri “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, eləcə də bu xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədi ilə hazırlanıb.
Komitə sədri Musa Quliyev “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirib ki, layihə bir sıra müddəaları yeni qanunvericilik normalarına uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.
Sonra qanun layihələrində nəzərdə tutulan mahiyyət və məzmun dəyişikliklərinin ətraflı şərhini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev birinci qanun layihəsi ilə bağlı diqqətə çatdırıb ki, sənəddə təklif olunan dəyişikliklərdə sosial xidmətin obyekti və subyekti olan şəxslərin bir-birinin şərəf və ləyaqətinə hörmətlə yanaşması, sosial xidmət barədə müraciətə baxılması və digər prosedur məsələlərin konkretləşdirilməsi, ehtiyacı olan bütün şəxslərin sosial xidmətlərlə əhatə dairəsinin genişləndirilməsi, sosial xidmətlərin sırasına sosial-mədəni xidmət növünün də əlavə edilməsi kimi məsələlər öz əksini tapıb. Həmçinin layihədə sosial xidmətlərin keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına nəzarətin hansı qaydada aparılması müəyyən edilib. Adil Vəliyev ikinci qanun layihəsinin təqdimatında bildirib ki, təklif olunan dəyişikliklərdə Çernobıl qəzasının ağır təsirlərinə məruz qalmış şəxslərə verilən kompensasiyaların unifikasiyası, habelə onların mənzil sahəsi ilə təminatı müddəaların təkmilləşdirilməsi nəzərdə tutulub.
Layihələrin müzakirəsində deputatlar Ziyad Səmədzadə, Vüqar Bayramov, Jalə Əliyeva, Əziz Ələkbərov, Soltan Məmmədov, Sevinc Hüseynova çıxış edib, fikirlərini və suallarını səsləndiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.
Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitə sədrinin müavini Elşad Musayev, komitə üzvləri Bədəl Bədəlov, Göydəniz Qəhrəmanov, Nigar Məmmədova, Səttar Möhbalıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Fevral 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri