Icma.az
close
up
RU
Milli Məclisin hansı komitəsi yaz sessiyasında aktiv oldu? SİYAHI

Milli Məclisin hansı komitəsi yaz sessiyasında aktiv oldu? SİYAHI

Icma.az, Modern.az saytına istinadən bildirir.

Milli Məclisin yaz sessiyası başa çatmaq üzrədir: qarşıdakı günlərdə - mayın 30-da sonuncu iclas keçiriləcək.  İndiyədək ümumilikdə 51 komitə iclası keçirilib və 142 məsələ müzakirə edilib.

Modern.az indiyə kimi hansı komitələrin daha çox iclas keçirdiyini və məsələləri müzakirə etdiyini araşdırıb.


Məlum olub ki, parlamentin yaz sessiyasında ən çox məsələ müzakirə edən komitə Əli Hüseynlinin sədri olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsidir. Belə ki, indiyə qədər 5 iclas keçirən komitədə ümumilikdə 32 məsələnin müzakirəsi baş tutub.


Arzu Nağıyevin sədri olduğu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi müzakirə edilən məsələlərin sayı baxımından ikinci yerdədir. 26 məsələni müzakirə edən komitənin ümumilikdə 7 iclası keçirilib.


Əmək və sosial siyasət komitəsi (sədr Musa Quliyev) və Aqrar siyasət komitəsi (sədr Tahir Rzayev) 6 iclas keçirib. Əmək və sosial siyasət komitəsi 16 məsələ, Aqrar siyasət siyasət komitəsi isə 13 məsələ müzakirə edib.


Səməd Seyidovun rəhbərlik etdiyi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yaz sessiyası çərçivəsində indiyə kimi 5 iclası keçirilib və 12 məsələ müzakirə edilib.


Digərləri ilə müqayisədə daha çox iclas keçirən komitələrdən biri də Azər Əmiraslanovun rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olub. 4 iclas keçirən komitədə 18 məsələyə baxılıb.


Polad Bülbüloğlunun sədrlik etdiyi Mədəniyyət komitəsi də indiyə qədər 4 iclas keçirib. Ümumilikdə, 6 məsələ ətrafında diskusiya aparılıb.
Siyavuş Novruzovun rəhbərlik etdiyi Regional məsələlər komitəsi 4 iclas keçirib. Komitə 5 məsələni müzakirəyə çıxarıb.
 

Ümumilikdə 3 iclas keçirən komitələr:
 

- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi (sədr Sadiq Qurbanov)

- İnsan hüquqları komitəsi (sədr Zahid Oruc)

- Ailə, qadın və uşaq komitəsi (sədr Hicran Hüseynova

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi 8 məsələni, İnsan hüquqları komitəsi 5, Ailə, qadın və uşaq komitəsi isə ümumilikdə 7  məsələni müzakirə edib.
 

Ümumilikdə 2 iclas keçirən komitələr:
 

- Səhiyyə komitəsi (sədr Əhliman Əmiraslanov)

- Gənclər və idman komitəsi (sədr Şahin İsmayılov)

- Elm və təhsil komitəsi (sədr Anar İsgəndərov)

Hər üç komitə də ümumilikdə 3 məsələyə baxıb.
 

Ən az iclas keçirən komitə isə İctimai birliklər və dini qurumlar komitəsi (sədr Fazil Mustafa) olub. Komitə sessiya ərzində 1 iclas keçirib və ümumilikdə 2 məsələni müzakirə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri