Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yanvarın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Polad Bülbüloğlu sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb.
Newscenter.az xəbər verir ki, ilk növbədə, komitə sədrinin təklifi ilə xalqımızın qan yaddaşı olan, 36-cı ildönümü qeyd ediləcək 20 Yanvar faciəsinin qurbanları 1 dəqiqəlik sükutla yad edilib.
Sonra komitə sədri bildirib ki, gündəliyə 4 məsələ – 2025-ci ilin payız sessiyası dövründə Mədəniyyət komitəsində görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının Üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi və “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Bildirilib ki, 2025-ci ilin payız sessiyası ərzində Mədəniyyət komitəsinin 7 iclası keçirilib və ümumilikdə 9 məsələ müzakirə olunub. Bunlardan bir qisminin icrası təmin edilib, digər qismi isə baxılması üçün aidiyyəti orqanlara göndərilib. Komitə sədri bildirib ki, seçicilərlə Milli Məclisdə və yerlərdə qəbullar keçirilib, müraciətlər dinlənilib və zəruri izahatlar verilib.
Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi barədə məlumat verən Polad Bülbüloğlu qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər keçiriləcək və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.
İclasda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub və komitənin növbəti sessiya üçün iş planının layihəsi təsdiqlənib.
Sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər təqdim edilib.
Polad Bülbüloğlu diqqətə çatdırıb ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə İdman Federasiyasından Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, Dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Yaradıcılıq təşkilatlarından Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva, Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayeva yeni namizədlər olaraq irəli sürülüblər.
Komitə sədri televiziya kanallarının, xüsusilə də İctimai Televiziyanın dövlət və cəmiyyət həyatındakı mühüm rolunu vurğulayaraq, onların daha səmərəli və məhsuldar fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb və bu istiqamətdə öz mövqeyini ifadə edib.
Daha sonra “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edilib. Qeyd edilib ki, qanun layihəsi kinematoqrafiya sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, anlayışların dəqiqləşdirilməsinə və dövlət dəstəyinin institusional mexanizmlərinin genişləndirilməsinə yönəlib. Layihə xarici və birgə istehsal mexanizmlərinin stimullaşdırılmasını, investisiya cəlbediciliyinin artırılmasını və Azərbaycan kino sənayesinin beynəlxalq bazara inteqrasiyasını təmin etməyi hədəfləyir. Bu dəyişikliklər milli kinematoqrafiyanın dayanıqlı inkişafına, mədəni diplomatiyanın güclənməsinə və yaradıcı sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edəcəkdir.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova kinematoqrafiya sahəsində ölkəmizdə görülən işlərdən, aparılan islahatlardan danışıb.
Müzakirələrdə komitənin sədr müavini Günay Əfəndiyeva, üzvləri Aqil Abbasov, Novruzəli Aslanov, Tənzilə Rüstəmxanlı, Sahib Alıyev, Şahin Seyidzadə, Elnarə Akimova çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini söyləyiblər, təkliflərini irəli sürüblər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov deputatların suallarını cavablandırıblar.
İclasın sonunda birinci oxunuşda olan qanun layihəsi və İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Tədbirdə Mədəniyyət komitəsinin üzvləri Nizami Səfərov, Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirilib
16 Yanvar 2025 15:41
Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirildi
12 Sentyabr 2025 16:29
Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası olub AZƏRTAC
23 Yanvar 2025 13:18
Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir
22 Aprel 2025 11:05
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib FOTOLAR
27 May 2025 17:48
Baxış sayı:32
Bu xəbər 19 Yanvar 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















