Icma.az
close
up
RU
Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirilib

Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirilib

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 16-da Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.coma-a bildirilib ki, komitə sədri Polad Bülbüloğlu yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. O, iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini söyləyib.

Polad Bülbüloğlu əvvəlcə, Mədəniyyət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib.

Qeyd olunub ki, komitənin ötən sessiya ərzində 8 iclası keçirilib, 10 məsələyə baxılıb. Həmin iclaslarda “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” qanunlarda dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihələri, habelə “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (iki oxunuşda) müzakirə edilib.
Qeyd olunub ki, payız sessiyası ərzində komitənin ünvanına 83 məktub daxil olub və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara 52 məktub göndərilib. Bununla yanaşı, sessiyası dövründə Mədəniyyət komitəsi tərəfindən 47 vətəndaş qəbul edilib. Vətəndaşların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görülüb və lazımi izahatlar verilib.
Sonra komitə sədri Mədəniyyət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, iş planında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, parlamentin digər komitələrindən daxil olmuş layihələrin müzakirəsi, dinləmələrin keçirilməsi, vətəndaşların qəbulu ilə bağlı və digər məsələlər öz əksini tapıb.
Müzakirələr zamanı komitənin sədr müavini Günay Əfəndiyeva, üzvləri Nizami Səfərov, Aqil Abbasov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Sahib Alıyev, Ülviyyə Həmzəyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Müzakirələrdə komitə üzvü Ülviyyə Ağayeva da iştirak edib.
Deputatlar payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini söyləyiblər, sessiyası ərzində görülmüş işləri qənaətbəxş sayıblar.
Millət vəkilləri yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı öz fikirlərini bölüşüblər, bəzi qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə mədəni irsimizə qarşı törədilən cinayətlərdən bəhs edilib. Azərbaycan Prezidentinin bu məsələyə diqqətlə yanaşdığı və bunu “mədəni soyqırım” kimi dəyərləndirdiyi vurğulanıb. Həmin məsələnin qanunvericilikdə əks olunmasının vacibliyindən söhbət açılıb. Həmçinin xeyriyyəçilik fəaliyyəti ilə bağlı, mədəniyyət sahəsinin inkişafına dair bir sıra təkliflər də verilib. Komitə üzvləri yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini məqbul hesab ediblər.
İclasda, həmçinin, “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda nəzərdən keçirilib. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Yanvar 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri