Icma.az
close
up
RU
Milli Məclisin sədri albaniyalı həmkarı ilə GÖRÜŞDÜ

Milli Məclisin sədri albaniyalı həmkarı ilə GÖRÜŞDÜ

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Albaniya Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.

Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qonağı salamlayan spiker Sahibə Qafarova COP29 tədbirində iştirakına və maraqlı çıxışına görə Albaniya Parlamentinin sədrinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Albaniya Prezidenti Edi Rama da COP29-un Liderlər Sammitində iştirak edib. Bu faktlar ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisidir.

Elisa Spiropali həm COP29, həm də Parlament Görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıraraq, qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası kifayət qədər vacib və böyük tədbirdir. O, Azərbaycanın bu qlobal tədbirə uğurla ev sahibliyi etdiyini qeyd edib. Qonağın fikrincə, Parlament Görüşünün keçirilməsi Milli Məclisin iqlim dəyişiklikləri ilə bağlı olan məsələlərin həllinə dəstəyinin ifadəsidir.

Söhbət zamanı qeyd edilib ki, iqlim dəyişikliyi zəmanəmizin ən aktual problemidir və bütün ölkələr bu problemdən əziyyət çəkirlər. Tərəflər inkişaf etmiş dövlətlərin kiçik ada dövlətlərinə dəstəyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Albaniya Parlamentinin sədri Milli Məclisin sədri ilə cari ilin oktyabr ayında İsveçrənin Cenevrə şəhərində keçirdiyi görüşü məmnunluqla xatırlayıb, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edib. Qeyd olunub ki, ölkələrimiz arasında mühüm layihələr həyata keçirilir.

Söhbət zamanı parlamentlərimiz arasında da əməkdaşlığın daha da gücləndirilməsi haqqında müzakirələr aparılıb. Parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Qarşılıqlı səfər və təmasların, parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verib. O, təəssüflə qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən ölkəmizə qarşı siyasi hücumlar və təzyiq cəhdləri olub. Lakin Azərbaycan öz inkişaf yoluna sadiqdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Noyabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri