Icma.az
close
up
RU
Milli Məclisin sədri albaniyalı həmkarı ilə görüşüb

Milli Məclisin sədri albaniyalı həmkarı ilə görüşüb

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Albaniya Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.

Bu barədə "Ölkə.az"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qonağı salamlayan spiker Sahibə Qafarova COP29 tədbirində iştirakına və maraqlı çıxışına görə Albaniya Parlamentinin sədrinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Albaniya Prezidenti Edi Rama da COP29-un Liderlər Sammitində iştirak edib. Bu faktlar ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisidir.

Elisa Spiropali həm COP29, həm də Parlament Görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıraraq, qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası kifayət qədər vacib və böyük tədbirdir. O, Azərbaycanın bu qlobal tədbirə uğurla evsahibliyi etdiyini qeyd edib. Qonağın fikrincə, Parlament Görüşünün keçirilməsi Milli Məclisin iqlim dəyişiklikləri ilə bağlı olan məsələlərin həllinə dəstəyinin ifadəsidir.

Söhbət zamanı qeyd edilib ki, iqlim dəyişikliyi zəmanəmizin ən aktual problemidir və bütün ölkələr bu problemdən əziyyət çəkirlər. Tərəflər inkişaf etmiş dövlətlərin kiçik ada dövlətlərinə dəstəyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Albaniya Parlamentinin sədri Milli Məclisin sədri ilə cari ilin oktyabr ayında İsveçrənin Cenevrə şəhərində keçirdiyi görüşü məmnunluqla xatırlayıb, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edib. Qeyd olunub ki, ölkələrimiz arasında mühüm layihələr həyata keçirilir.

Söhbət zamanı parlamentlərimiz arasında da əməkdaşlığın daha da gücləndirilməsi haqqında müzakirələr aparılıb. Parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Qarşılıqlı səfər və təmasların, parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verib. O, təəssüflə qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən ölkəmizə qarşı siyasi hücumlar və təzyiq cəhdləri olub. Lakin Azərbaycan öz inkişaf yoluna sadiqdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri