Milli Məclisin sədri Azərbaycanın İtaliyadakı səfirliyində olub
Icma.az, Sia Az saytına istinadən bildirir.
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində Romada Azərbaycan səfirliyində olub. SİA xəbər verir ki, Milli Məclisin sədri binada yaradılan şəraitlə və səfirliyin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olub.
Məlumat verilib ki, səfirliyin iş otaqlarında diplomatik korpusun əməkdaşları üçün hər cür şərait yaradılıb. Görüş otaqlarında Azərbaycan-İtaliya münasibətlərinin ən vacib məqamları, Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri, İtaliyada Azərbaycanla bağlı dərc olunmuş kitablarla bağlı fotosərgilər yerləşdirilib.
Mədəniyyət Mərkəzinin daxili tərtibatında isə Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Mərkəzin müxtəlif ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Mərkəzdə müxtəlif tədbirlərin və görüşlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş Azərbaycanın mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalar ilə bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xarici siyasəti ilə bağlı son illər İtaliyada nəşr edilmiş kitablar da təqdim olunur.
Səfirliyin binasının həyətində “Xarıbülbül” beynəlxalq incəsənət festivalının qaliblərinin müəllifi olduqları “Xarıbülbül” maketləri nümayiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 22 Yanvar 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















