Pakistan Milli Assambleyasının sədri Azərbaycanın İslamabaddakı səfirliyində olub
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın İslamabaddakı səfirliyində olub.
“Report” xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
“A.Sadiq AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı Azərbaycan hökümətinə və xalqına dərin hüznlə başsağlığı verib və xəsarət alanlara şəfa diləyib”, - məlumatda bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Pakistan Milli Assambleyasının sədri ölkəmizə gəldi
06 İyul 2025 18:13
Sərdar Ayaz Sadiq Azərbaycanın İslamabaddakı səfirliyində oldu
02 Yanvar 2025 15:15
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfirliyində olub
26 Dekabr 2024 20:04
Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfirliyində oldu Yeni Çağ Media
26 Dekabr 2024 19:14
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
07 İyul 2025 10:41

