Icma.az
close
up
RU
Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşdü

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Qahirə şəhərində Ərəb Parlamentinin Prezidenti Mohamed Alyammahi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, Görüşdə spiker Sahibə Qafarova Azərbaycanla müsəlman ölkələri arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrimizin əsasında ortaq dini, mədəni və mənəvi dəyərlərin dayandığını vurğulayıb.

Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm rol oynayır. O cümlədən, Milli Məclisin Ərəb Parlamenti və ona üzv olan ölkələrin parlamentləri ilə sıx əlaqələrə malik olduğu bildirilib. Bu günlərdə Bakıda keçirilmiş Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr edilmiş Beynəlxalq Parlament Konfransında bir sıra ərəb ölkələri parlamentlərinin nümayəndə heyətlərinin iştirakından da məmnunluq ifadə olunub.

Görüşdə Mohamed Alyammahi Azərbaycanın ərəb ölkələri üçün xüsusi yerə malik olduğunu qeyd edib. O, Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi, həmçinin 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. 

Söhbət zamanı Milli Məclislə Ərəb Parlamenti arasında beynəlxalq səviyyədə də birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub. Həmçinin, Ərəb Parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə də böyük əhəmiyyət verdiyi bildirilib. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Ərəb Parlamenti yanında müşahidəçi statusuna malik olduğu, Ərəb Parlamentinin də Parlament Şəbəkəsinin bütün tədbirlərində iştirak etdiyi vurğulanıb. 

Görüşdə, həmçinin Milli Məclislə Ərəb Parlamenti arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib, bu istiqamətdə birgə səylərin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Noyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri