Icma.az
close
up
RU
Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Qahirə şəhərində Ərəb Parlamentinin Prezidenti Mohamed Alyammahi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Görüşdə spiker Sahibə Qafarova Azərbaycanla müsəlman ölkələri arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrimizin əsasında ortaq dini, mədəni və mənəvi dəyərlərin dayandığını vurğulayıb.

Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm rol oynayır. O cümlədən, Milli Məclisin Ərəb Parlamenti və ona üzv olan ölkələrin parlamentləri ilə sıx əlaqələrə malik olduğu bildirilib. Bu günlərdə Bakıda keçirilmiş Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr edilmiş Beynəlxalq Parlament Konfransında bir sıra ərəb ölkələri parlamentlərinin nümayəndə heyətlərinin iştirakından da məmnunluq ifadə olunub.

Görüşdə Mohamed Alyammahi Azərbaycanın ərəb ölkələri üçün xüsusi yerə malik olduğunu qeyd edib. O, Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi, həmçinin 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı Milli Məclislə Ərəb Parlamenti arasında beynəlxalq səviyyədə də birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub. Həmçinin, Ərəb Parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə də böyük əhəmiyyət verdiyi bildirilib. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Ərəb Parlamenti yanında müşahidəçi statusuna malik olduğu, Ərəb Parlamentinin də Parlament Şəbəkəsinin bütün tədbirlərində iştirak etdiyi vurğulanıb.

Görüşdə, həmçinin Milli Məclislə Ərəb Parlamenti arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib, bu istiqamətdə birgə səylərin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Noyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see197

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see193

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see183

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see148

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see139

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see139

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see138

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see136

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see131

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see128

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see127

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see125

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see124

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see123

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see123

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see121

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see120

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri