Icma.az
close
up
RU
Milli mənəvi bazamız üzərində inkişaf konsepsiyası haqda bəzi mülahizələr

Milli mənəvi bazamız üzərində inkişaf konsepsiyası haqda bəzi mülahizələr

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

“Azərbaycan öz milli-mənəvi kökləri üzərində inkişaf etməlidir, nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq”- İlham Əliyev

Son dövrlərdə cəmiyyətimizdə bəzi qüvvələr tərəfindən milli-mənəvi dəyərlərə qarşı hücumlar artıb. Bu hücumları təşkil edənlər əxlaqi kriteriyalara, mənəvi dəyərlərə qarşı təbliğat aparır, öz əxlaqını, vicdanını, namusunu- ailə dəyərlərini qoruyan insanlara geridəqalmış kimi baxırlar. Guya inkişafın mühərriki məhv milli mənəvi dəyərlərə tüpürmək imiş. Halbuki, bunun belə olmadığına dair çoxsaylı faktlar və nümunələr var. Çini və Yaponiyanı misal göstərmək kifayətdir. Beləliklə, sualı konkret qoyaq- Milli-mənəvi dəyərlər elmi-texniki inkişafa mane olurmu və inkişaf etmək üçün mütləq öz dəyərləimizi məhv edib qərb dəyərlərinimi qəbul etməliyik? Ritorik sualdır və cavab aydındır- ağlı başında olan adam üçün bu cəfəngiyyatdır.

Milli-mənəvi dəyərlər elmi-texniki inkişafa mane olurmu?

Avropa, Qərb dəyərləri adı altında bəzi beynəlxalq və yerli mərkəzlər tərəfindən bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir. Bu mənəvi deqradasiyanın Qərb cəmiyyətlərini hansı sosial-mənəvi nəticələrə gətirib çıxardığı haqda çoxsaylı faktlar və elə Qərb tədqiqatçılarının bu mövzuda ciddi əsərləri var.

Qloballaşma prosesində birtərəfli inteqrasiya ciddi problemlərə yol aça bilər. Bəzi şəxslər bəzi Qərb ölkələrinin iqtisadi və texniki inkiafını əsas götürüb bizim də onların mənəvi dəyərlərini qəbul etməyimizə çağırırlar. Bunu çox vaxt maddi, texnoloji inkişafla bağlayıb deyirlər ki, görürsünüzmü, Qərb ölkələri mənəvi dəyərləri kənara qoyublar deyə necə inkişaf ediblər.

Lakin bir ağıllı çıxıb onlara Çini, Yaponiyanı nümunə göstərəndə boğazları quruyur. İndi necə izah etsinlər ki, çinlilərin, yaponların timsalında bir xalq öz dəyərlərini, mədəniyyətini, dinini, ənənələrini, əxlaqını qoruyaraq da dünyanın ən inkişaf etmiş xalqına çevrilə bilir. Tərslikdən də, Çin və Yaponiya Qərbdə yox, Şərqdə yerləşir. Deməli, elmi-texnoloji, sosial-iqtisadi inkişaf üşün heç də Qərbin mənəvi kriteriyalarını qəbul etmək vacib deyil. Beləliklə, Qərb dairələrindən ayrılan qrantlarla təşkil olunan “müasir” dəyərlər təbliğatının nə məqsədə xidmət etdiyi aydındır. Qısası, bu arqumentə bir quş.

İnsan hüquqları, yoxsa anarxik əxlaqi deqradasiya?

İkinci arqument insan hüquqları adı altında cəmiyyətimizə sırınan dəyərlərdir. Məsələn, qadın hüquqları, uşaq hüquqları, cinsi azlıqların hüquqları və s. Mən başa düşmürəm, bizim cəmiyyətdə qadınlar, uşaqlar, xəstələr kimsə tərəfindən əzilirmi? Psixi xəstələr tərəfindən edilən tək-tük kriminal hərəkətləri nəzərə almasaq, xeyr!

Kişilərin həmişə qadınlara diqqətlə, qayğıyla, fədakarlıqla yanaşdığını görmüşük. Azərbaycan qadını həm evinin, ailəsinin xanımı olub, həm də cəmiyyətə xeyirli sosial ictimai fəaliyyət göstərib. Qadın azadlığı budur, indi kommersiya TV-lərində, filmlərdə, seriallarda təbliğ olunanlar deyil. Məncə, bir xanımın elmi ixtiralar etməsi üçün onun 1 qarışlıq mini-yubkada gəzməsi və ya müxtəlif kişilərlə qeyri-qanuni münasibətlərdə olması tələb olunmur.

Bizim ailə institutumuzda və cəmiyyətimizdə qadının, qızın öz layiqli yeri var. Amerikalı və avropalıya azərbaycanlı kişinin öz anası, xanımı, bacısı, qızı uğrunda düşünmədən canını qurban verməsi bəlkə qəribə gələr, amma bizdə bu, müzakirəsi belə mümkün olmayan avtomatik reaksiya hesab olunur.

Bizdə uşaqlar döyülüb öldürülürmü? Xeyr! Sadəcə, valideyn bəzən tərbiyəsi pozulmasın deyə uşağına qulaqburması verir. Əks halda, həmin uşağın axırı hippiyə, emoya, ən yaxşı halda cinayətkara və ya narkomana çevrilər. Uşağını qorumaq, onun tərbiyəsinin pozulduğunu gördükdə cəzalandırmaq valideynin borcu və haqqıdır.

Məgər dövlət cinayət törədən vətəndaşı cəzalandırmırmı? Məgər bəzi qayda və qanunlar, tələblər havayı yerəmi qoyulub? Məgər valideynin öz uşağını danlamağa, qulaqburması verməyə haqqı çatmamalıdır? Bəlkə 15 yaşlı qızcığaz gecə saat 3-də pritondan atasına zəng eləyib desin ki, mənim bəzi vacib işlərim var, özüm kefim istəyəndə evə gələcəm? Xeyr, bağışlayacaqsınız, bunlar hüquq deyil, anarxiyadır, mənəvi deqradasiyanın kulminasiyasıdır. Kəsəsi, bu arqumentə də bir quş.

Cinsi azlıqların üstün hüquqları olmalıdır?

İndi isə keçək yad dəyərlərin təbliğatçılarının ən yaralı yerlərindən birinə- cinsi azlıqların hüquqları məsələsinə. Bizim cəmiyyətdə cinsi azlıq nümayəndəsi şallaqlanırmı, ya da ictimai yerlərdən qovulurmu? Xeyr! Sadəcə onlar cəmiyyətə nümunə göstərilib başa çıxarılmır. Onlara vəziyyətdən asılı olaraq ya xəstə kimi, ya da əxlaqi cəhətdən pozğun adam kimi baxırlar. Ən əsası, onlar digər vətəndaşların istifadə etdiyi bütün sosial və sair hüquqlardan yararlanırlar. Bəlkə onlara, eyni işə görə normal adamlardan az maaş verilir, bəlkə onlar əmlak, sosial təminat, əmək hüququ məsələlərində ayrı-seçkiliyə məruz qalırlar? Xeyr.

Yaxşı, bəs onda nə deyib bizim ailə institutumuzu dağıtmaq, cəmiyyət əxlaqını dəyişmək istəyirlər? Çətin sualdır. Bunu bu işlə ciddi məşğul olan şəbəkənin nümayəndələrindən soruşanda boğazları quruyur.

Dəyərlər dəyişə bilər. Amma bu dəyişmə mütləq mənfi istiqamətdəmi olmalıdır? Müsbətə doğru dəyişmək olmazmı? Məgər mənəvi-əxlaqi dəyərlər maddi nemətlərdən istifadə, iqtisadi inkişaf, sosial ədalət, elmi-texniki tərəqqi üçün problem yaradır? Yuxarıdakı nümunələrdə gördüyümüz kimi, yaratmır!

Deməli, inkişaf üçün milli-mənəvi dəyərləri itirməyə, onu yad dəyərlərlə əvəzləməyə ehtiyac yoxdur. Hər mədəniyyətin özünün psixoloji-ruhi-mənəvi dəyərlər sistemi var. Elmi-texnoloji, sosial-iqtisadi inkişafın bura heç bir dəxli yoxdur. Olsaydı, konservativ Yaponiya və ideoloji Çin ilə rasional Amerika və novator Avropa arasında bu sahələrdə fərq olardı. Bəs onda nə baş verir? Əslində, nə baş verdiyi, necə baş verdiyi yox (bunlar məlumdur), niyə baş verdiyi müzakirə obyektidir.

Mənə şəxsən aydın deyil, inkişaf etmək üçün mənəvi dəyərləri yad mədəniyyətlərdənmi qəbul etməliyik, özümüzünkü yaramırmı? Yaramırsa, niyə misal üçün Sovet dövründə, həm dəyərlər qorunurdu, həm də ictimai, sosial, mədəni, elmi, texnoloji inkişaf gedirdi? Elə indi də, milli-mənəvi dəylərlərimiz elmi-texniki inkişafımıza heç bir problem yaratmır.

Əxlaqsızlığın təbliğinə görə sərt cəzalanma olmalıdır

Ümumiyyətlə, ölkədə qadın alverinin, narkotikanın, digər zərərli və təhlükəli halların təbliği, hətta internetdə təhqir qadağandırsa, onda fahişəliyin təbliği də qanunla qadağan olunmalıdır. Mediada, sosial şəbəkələrdə, ictimai tədbirlərdə mənəvi dəyərlərə təcavüzə qarşı daha ciddi tədbir görülməlidir. Bu, bir milli təhlükəsizliik məsələsidir.

Dövlətimiz milli-mənəvi ideoloji baza üzərində inkişaf siyasəti yürüdür. Bu siyasət milli-mənəvi dəyərləri qoruyaraq dünyaya inteqrasiya etməyi özündə ehtiva edir. Yazımı Prezident İlham Əliyevin bu məsələlərə həsr olunmuş çıxışından bir fraza ilə yekun vurmaq istərdim:

“Biz milli-mədəni dəyərlərimizi gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq, bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd.

Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun...

Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz üzərində möhkəm dövlət, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Xüsusilə, indiki ayrı-seçkilik, islamafobiya dövründə inteqrasiya etməyə heç bir ehtiyac yoxdur. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Bax, Azərbaycan belə inkişaf etməlidir... Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq!"

Hesab edirəm ki, əlavə şərhə ehtiyac yoxdur.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see334

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see298

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see251

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see238

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see208

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see175

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see126

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri