Icma.az
close
up
RU
Vətənpərvərlik: milli dəyərlər üzərində qurulan güclü mənəvi təməl...

Vətənpərvərlik: milli dəyərlər üzərində qurulan güclü mənəvi təməl...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti gənclərin hərtərəfli inkişafının təmin olunmasında əsaslı rol oynamaqdadır.  Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycanda yürüdülən gənclər siyasətinin əsasında həm də gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi dayanır. Bu mənada da milli dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə yetişməsi üçün gənc nəslin üzərinə böyük məsuliyət düşür. Qlobal inkişaf dövrü sayılan XXI əsrdə xalqımızın milli dəyərlərinin qoruması, onların tanıdılması yönümündə mühüm işlər aparılır.

Vurğulandığı kimi, milli ruhda böyüyən Azərbaycan gəncliyi də ölkəmizin strateji hədəflərinə doğru irəliləməsi prosesində fəal iştirakçı kimi yer alır, iqtisadi, siyasi və sosial həyatda mühüm rol oynayır. Hər bir ölkənin inkişafı texnoloji tərəqqiyə və iqtisadi resurslarla yanaşı, həm də milli dəyərlər üzərində qurulan güclü mənəvi təməllərə əsaslanmalıdır. Bu prosesdə ön sırada çıxış edən gənclər isə ölkələrinin tarixini, mədəniyyətini və ənənələrini mənimsəməlidirlər. Bu şüur onların vətəndaşlıq məsuliyyətini artırır və cəmiyyətdə birliyə, həmrəyliyə töhfə verir. Gələcək nəslin milli ruhda böyüməsi Azərbaycan cəmiyyətinin gələcək inkişafı ilə bağlı praqmatik proqnoz yaradır - paralel olaraq gənclərin ölkə daxilində və xaricdə milli dəyərləri təmsil etmələri, Azərbaycanın beynəlxalq imicinin qorunmasında və gücləndirilməsində mühüm rol oynayır. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbədə Ali Baş Komandanın çağırışı ilə silaha sarılaraq öz sinəsini düşmən gülləsinə sipər edən gəncliyimizin rolu və xidməti əvəzedilməzdir. Azərbaycan ordusunun əsas qüvvəsini təşkil edən gənclər öz torpaqlarını azad etmək üçün böyük fədakarlıq göstərdilər. Vətən müharibəsi zamanı döyüş meydanında olan hər bir gənc, illərlə aldığı tərbiyənin, dövlətin ona göstərdiyi diqqətin və milli dəyərlərin gücü ilə irəli atıldı. Onlar düşmənə qarşı təkcə fiziki deyil, həm də mənəvi üstünlüyə sahib idilər.

Gənc nəsillərin vətənpərvərlik ruhunda böyüdülməsi...

Mövzuya aid fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, hər bir xalq üçün ən vacib olan məsələlərdən biri özünün daxili birlik və bərabərliyini təmin etməkdir. Deputat qeyd edib ki, vətənpərvərlik bu birliyi formalaşdıran və onu qoruyan ən güclü təməl daşıdır: “Tarixdə dəfələrlə sübut olunub ki, vətəndaşların vətəninə olan sevgisi və bağlılığı zaman-zaman onu çətin dövrlərdən, müharibələrdən və təhdidlərdən xilas edib, qələbəsinin təminində əsaslı rol oynayıb. Gənc nəsillərin vətənpərvərlik ruhunda böyüdülməsi, tərbiyə alması onların gələcəkdə daha məsuliyyətli və səmərəli vətəndaşlar olmalarını təmin edir. Məktəblərdə və universitetlərdə milli tarix, mədəniyyət və dəyərlər haqqında müvafiq dərslər, gənclərin öz ölkələrinə olan bağlılığını artırır. Həmçinin bu, onlara yanlış ideologiyalardan qorunmaq imkanı verir”.

B.Məhərrəmov bildirib ki, vətənpərvərlik yalnız məktəb kitablarında deyil, həm də gündəlik həyatımızda, ailələrdə, müxtəlif sosial qruplarda formalaşmalıdır: “Hər bir insanın cəmiyyətə xidmət etməsi, dövlətinin maraqlarını qoruması və mədəniyyətini təbliğ etməsi vətənpərvərlik anlayışının bir hissəsidir”.

Uğurlu bu gün, işıqlı sabah üçün ...

Deputatın sözlərinə görə, vətənpərvərlik həm də gələcək üçün vacib bir ənənədir: “Hər bir xalqın tarixi boyunca qarşılaşdığı çətinliklər və mübarizələr onu daha güclü edir. Bu günün vətənpərvər insanları, sabahın alimləri, iş adamları və mühəndisləri olacaq. Eyni zamanda, vətənpərvərlik xalqın beynəlxalq arenada nüfuzunu və gücünü artırır”.

Millət vəkili sonda qeyd edib ki, vətənpərvərlik həm də bir xalqın şərəfi, onu qoruyan insanların qəhrəmanlığı və torpaqlarının sədaqətlə müdafiə olunması deməkdir. “Unutmayaq ki, vətənpərvərlik sadəcə bir hiss deyil, həm də bizim gələcəyimizi təmin edən əsas bir dəyərdir”, - deyə o əlavə edib.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Oktyabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri