Icma.az
close
up
RU
Milli Mətbuatın 150 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

Milli Mətbuatın 150 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə iyulun 12-də Bakıda Four Seasons otelində təntənəli tədbir keçirilib.

Tədbirin aparicisi taninmiş tele jurnalist Aytən Səfərova olub.Tədbir Millət Vəkili Səbinə Salmanovanın təşəbbüsü ilə Magen David Azərbaycan – İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil olunub.

Tədbirdə millət vəkilləri, media rəhbərləri, saytların baş redaktorları, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə elan olunub

Milli Məclisin deputatı, Azərbaycan–İsrail Parlamentlərarası işçi qrupunun rəhbəri, Magen David Azərbaycan Cəmiyyətinin fəxri sədri Anatoliy Rafailov çıxışında dövlətin mətbuatın inkişafına hər zaman xüsusi diqqət yetirdiyini bildirib. 

O qeyd edib ki, müasir Azərbaycan mediası operativliyi, dəqiqliyi və qərəzsizliyi ilə seçilir, dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynayır. Rafailov media nümayəndələrinin peşəkarlığını, xüsusilə Vətən müharibəsi və pandemiya dövründə cəmiyyətin düzgün məlumatlandırılmasındakı əvəzsiz xidmətlərini yüksək qiymətləndirib.

Magen David Azərbaycan Cəmiyyətinin və Ümum İsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov çıxışında bildirib ki, “Əkinçi” ilə əsası qoyulan maarifçilik ideyaları bu gün də yaşayır. 

O vurğulayıb ki, müasir Azərbaycan mediası informasiya müharibəsində həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır və media nümayəndələrinin qərəzsiz, operativ fəaliyyəti ilə daim seçildiyini qeyd edib.

Milli Məclisin deputatı Səbinə Salmanova çıxışında mətbuatın cəmiyyətin maarifləndirilməsi və ictimai rəyin formalaşdırılmasındakı rolunu xüsusi qeyd edib. O bildirib ki, jurnalistlər bu gün də milli maraqların qorunmasında ön sıradadır və onların peşəkarlığı dövlət tərəfindən daim yüksək qiymətləndirilir. 

Salmanova həmçinin vurğulayıb ki, Vətən müharibəsi və pandemiya dövründə medianın operativliyi, vətəndaşlara düzgün və vaxtında məlumat ötürməsi dövlətin və cəmiyyətin informasiya təminatında həlledici rol oynayıb.

Çıxışlarda ümumilikdə bildirilib ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində media üçün əlverişli mühit yaradılıb, peşəkar jurnalist ordusu formalaşıb və milli mətbuatımız həm dövlətin, həm də cəmiyyətin inkişafında əvəzsiz rol oynayır.

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün maraqlı bədii proqram təqdim olunub.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri