Milli mətbuatın 150 illiyi münasibətilə Fəxri xiyabanda anım mərasimi keçirilib FOTO
Icma.az, Dogru.az portalına istinadən məlumat verir.
İyulun 22-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası və bir sıra media qurumlarının rəhbərləri Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Doğru.az xəbər verir ki, mərasim iştirakçıları ümummilli liderin məzarı önünə tər güllər düzüb, onun Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğını minnətdarlıqla xatırlayıblar.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunub, üzərinə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.
Tədbir iştirakçıları həmçinin milli mətbuatın banisi, “Əkinçi” qəzetinin naşiri və baş redaktoru Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər. Onun əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə əklil və tər güllər düzülüb.
Anım mərasimi çərçivəsində Zəfər abidəsinin önünə də güllər qoyulub, Vətən müharibəsi şəhidlərinin müqəddəs xatirəsi hörmət və ehtiramla anılıb.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 İyul 2025 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















