Icma.az
close
up
RU
Milli mətbuatın inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılıb

Milli mətbuatın inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılıb

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu günlər ölkəmizdə milli mətbuatımızın yaranmasının 150 illiyi qeyd olunur. Bildiyimiz kimi, Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə qoyulub. Görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “ Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki,“Əkinçi”nin 1875-ci il iyulundan 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın milli mətbuatının inkişaf yolunu yüksək qiymətləndirərək demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Həmin dövrdə Rusiya imperiya dairələri qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Artıq ötən əsrin əvvəllərində “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar “.
Fikirlərini davam etdirən K.Qafarov müstəqillik illərində milli mətbuatımızın inkişafı yönümündə Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən önəmli islahatlardan bəhs edib: “Bütün digər sahələrdə olduğu kimi, milli mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1993-cü ildən başlayaraq Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən və ictimai həyatın bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Birmənalı olaraq deyə bilərik ki, demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artmışdır. Həyata keçirilən islahatlar milli mətbuatımızın dayanıqlı inkişafına səbəb olmuşdur. Nəticə olaraq Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. O cümlədən, 1998-ci ildə Ulu Öndər tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına güclü təkan verdi.”
Millət vəkili son illər ərzində milli mətbuatımızın inkişafı üçün ölkəmizdə xüsusilə əlverişli şəraitin yaradıldığını vurğulayıb: “Ölkə Prezidenti cənab İlham Əliyev mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla və eyni zamanda xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib hesab edir, söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti kimi dəyərləndirir. Birmənalı olaraq deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin mətbuata və bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğı bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik uğurla inkişaf edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri