Icma.az
close
up
RU
“Milli mətbuatın inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılıb” Kamaləddin Qafarov

“Milli mətbuatın inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılıb” Kamaləddin Qafarov

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu günlər ölkəmizdə milli mətbuatımızın yaranmasının 150 illiyi qeyd olunur. Bildiyimiz kimi, Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə qoyulub. Görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür".

Bunu milli mətbuatımızın 150 illiyi ilə əlaqədar "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki,“Əkinçi”nin 1875-ci il iyulundan 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın milli mətbuatının inkişaf yolunu yüksək qiymətləndirərək demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Həmin dövrdə Rusiya imperiya dairələri qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Artıq ötən əsrin əvvəllərində “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar".

Fikirlərini davam etdirən K.Qafarov müstəqillik illərində milli mətbuatımızın inkişafı yönümündə Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən önəmli islahatlardan bəhs edib:

“Bütün digər sahələrdə olduğu kimi, milli mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1993-cü ildən başlayaraq Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən və ictimai həyatın bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Birmənalı olaraq deyə bilərik ki, demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artmışdır. Həyata keçirilən islahatlar milli mətbuatımızın dayanıqlı inkişafına səbəb olmuşdur. Nəticə olaraq Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. O cümlədən, 1998-ci ildə Ulu Öndər tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına güclü təkan verdi". 

Millət vəkili son illər ərzində milli mətbuatımızın inkişafı üçün ölkəmizdə xüsusilə əlverişli şəraitin yaradıldığını vurğulayıb:

“Ölkə Prezidenti cənab İlham Əliyev mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla və eyni zamanda xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib hesab edir, söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti kimi dəyərləndirir. Birmənalı olaraq deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin mətbuata və bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğı bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik uğurla inkişaf edir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 İyul 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri