Icma.az
close
up
RU
Milli mətbuatın işığında güclü Azəbaycan ŞƏRH

Milli mətbuatın işığında güclü Azəbaycan ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

XXI əsrdə informasiya artıq iqtisadi, siyasi və hərbi resurslarla yanaşı, dövlətlərin qüdrətini müəyyən edən əsas amillərdən birinə çevrilib: “İnformasiya müharibələrinin, saxta xəbərlərin, dezinformasiyanın və rəqəmsal manipulyasiyaların geniş vüsət aldığı müasir dövrdə peşəkar media təkcə xəbərləri operativ çatdırmaq funksiyasını yerinə yetirmir. O, milli təhlükəsizliyin qorunmasında, ictimai sabitliyin təmin edilməsində, dövlət maraqlarının müdafiəsində və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. Bu baxımdan güclü dövlət anlayışı artıq yalnız iqtisadi inkişaf və hərbi qüdrətlə deyil, həm də sağlam informasiya mühiti, peşəkar jurnalistika və cəmiyyətin etibar etdiyi media sistemi ilə ölçülür. Azərbaycan milli mətbuatı da yarandığı gündən bu ali missiyanı şərəflə yerinə yetirib. Milli mətbuatımız xalqımızın maariflənməsinə, milli şüurun formalaşmasına, ana dilimizin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, azadlıq ideyalarının yayılmasına və dövlətçilik təfəkkürünün möhkəmlənməsinə misilsiz töhfələr verib. Azərbaycanın ictimai-siyasi fikir tarixinin ən mühüm mərhələləri milli mətbuatın fəaliyyəti ilə sıx bağlı olub”.
1875-ci il iyulun 22-də böyük maarifçi və mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının şanlı tarixi başlanıb: “Cəmi 56 nömrəsi işıq üzü görməsinə və iki ilə yaxın fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” xalqın maariflənməsinə, milli özünüdərk hissinin güclənməsinə, ana dilinin inkişafına və müasir ictimai fikir mühitinin formalaşmasına mühüm təkan verdi. Həsən bəy Zərdabi mətbuatı xalqın tərəqqisinin əsas vasitələrindən biri hesab edir, qəzet vasitəsilə cəmiyyətin elmə, təhsilə və yeniliyə açıq olmasını təşviq edirdi. “Əkinçi”nin yaratdığı maarifçilik ənənəsi sonrakı illərdə nəşr olunan “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər mətbuat orqanları tərəfindən uğurla davam etdirildi. Bu nəşrlər təkcə informasiya mənbəyi kimi deyil, həm də milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin, istiqlal düşüncəsinin və ictimai-siyasi fikrin formalaşmasında mühüm rol oynayan ideya tribunalarına çevrildi”.
“Dövlət idarəçiliyinin zəifləməsi, hüquqi mexanizmlərin tam formalaşmaması və ictimai-siyasi qeyri-sabitlik mətbuatın inkişaf imkanlarını məhdudlaşdırırdı. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə sabitlik bərpa olundu və bütün sahələrdə olduğu kimi, milli mətbuatın inkişafı üçün də möhkəm təməl yaradıldı. Ulu Öndər Heydər Əliyev mətbuatı demokratik cəmiyyətin əsas sütunlarından biri hesab edir, söz və fikir azadlığının təmin edilməsini dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi qiymətləndirirdi. Onun rəhbərliyi ilə ölkəmizdə medianın sərbəst fəaliyyəti üçün hüquqi baza formalaşdırıldı, jurnalistlərin peşə fəaliyyətinə dövlət təminatları yaradıldı və informasiya məkanının demokratik prinsiplər əsasında inkişafı istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında söz, fikir və məlumat azadlığı fundamental hüquq kimi təsbit olundu. Ardınca qəbul edilən “Kütləvi informasiya vasitələri haqqında” qanun və digər normativ-hüquqi aktlar milli mətbuatın fəaliyyətini beynəlxalq standartlara uyğun hüquqi əsaslarla təmin etdi. Ulu Öndərin media siyasətinin ən mühüm nailiyyətlərindən biri isə 1998-ci il avqustun 6-da senzuranın ləğv edilməsi oldu. Bu tarixi qərar Azərbaycanı postsovet məkanında senzuranı aradan qaldıran ilk dövlətlərdən birinə çevirdi və ölkədə azad medianın inkişafı üçün tamamilə yeni mərhələnin əsasını qoydu”.
“Dövlətimizin başçısının rəhbərliyi ilə informasiya cəmiyyətinin tələblərinə cavab verən genişmiqyaslı institusional və hüquqi islahatlar həyata keçirilib, media sisteminin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyevin 2021-ci ildə imzaladıöı Fərmanla Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması bu sahədə həyata keçirilən islahatların mühüm mərhələsi oldu. Agentliyin fəaliyyəti medianın iqtisadi dayanıqlığının artırılmasına, jurnalistlərin peşəkarlığının yüksəldilməsinə, media savadlılığının inkişafına, innovativ layihələrin dəstəklənməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə mühüm töhfə verir. Həmin il qəbul edilən “Media haqqında” qanun isə milli media sisteminin müasir hüquqi çərçivəsini formalaşdırdı. Yeni qanun media münasibətlərinin daha sivil əsaslarla tənzimlənməsinə, peşə etikası prinsiplərinin möhkəmləndirilməsinə, media subyektlərinin məsuliyyətinin artırılmasına, jurnalist peşəsinin nüfuzunun yüksəldilməsinə və informasiya mühitində şəffaflığın təmin olunmasına xidmət edir. Media Reyestrinin yaradılması, jurnalistlərin peşə fəaliyyətinin hüquqi əsaslarının dəqiqləşdirilməsi və media institutlarının müasir tələblərə uyğun fəaliyyətinin təşviqi bu islahatların mühüm nəticələrindəndir”.
Bu gün dövlət tərəfindən jurnalistlərin peşə hazırlığının artırılması, yeni media texnologiyalarının mənimsənilməsi, süni intellekt və rəqəmsal media sahəsində bacarıqların inkişaf etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və informasiya təhlükəsizliyi istiqamətində davamlı layihələr həyata keçirilir: “Peşəkar jurnalistikanın inkişafı, etik prinsiplərin qorunması və obyektiv informasiya mühitinin formalaşdırılması dövlət-media əməkdaşlığının əsas prioritetləri sırasındadır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası informasiya cəbhəsində böyük peşəkarlıq nümayiş etdirdi. Jurnalistlər dövlətimizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın dezinformasiya kampaniyasının ifşa edilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərdilər. Bu gün isə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, Böyük Qayıdış proqramının, Azərbaycanın beynəlxalq təşəbbüslərinin, regional əməkdaşlıq layihələrinin və ölkəmizin artan beynəlxalq nüfuzunun dünyaya çatdırılmasında milli medianın üzərinə mühüm məsuliyyət düşür. Müasir dövrdə medianın əsas missiyası yalnız xəbər yaymaq deyil. Media cəmiyyətə düzgün istiqamət göstərən, milli maraqları qoruyan, dövlətçilik ideyalarını təbliğ edən, ictimai həmrəyliyi möhkəmləndirən və gələcək nəsillərin milli ruhda yetişməsinə töhfə verən mühüm ictimai institutdur. Bu baxımdan peşəkar jurnalistika hər zaman obyektivlik, qərəzsizlik, məsuliyyət və vətənpərvərlik prinsiplərinə söykənməlidir. Azərbaycan milli mətbuatı bu gün zəngin ənənələrə, peşəkar kadrlara və güclü inkişaf potensialına malikdir. Əminəm ki, Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik yolu, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı media siyasəti və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar nəticəsində milli mətbuatımız bundan sonra da Azərbaycanın dövlətçilik maraqlarına, cəmiyyətimizin tərəqqisinə və milli həmrəyliyimizin möhkəmlənməsinə xidmət edəcək, ölkəmizin haqq səsini beynəlxalq informasiya məkanında daha güclü şəkildə çatdıracaq.
Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri