Icma.az
close
up
RU
Minsk qrupu daha yoxdur: Son sözü Azəbaycan dedi

Minsk qrupu daha yoxdur: Son sözü Azəbaycan dedi

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir".

Bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib. Dövlətimizin başçısı vurğulayıb: "Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq, o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır". 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Kəlbəcərdə səsləndirdiyi bu fikirlər əslində regiondakı yeni reallığın ən aydın təsdiqidir. O qeyd edib ki, Ermənistan-Azərbaycan normallaşma prosesinin “demək olar ki, başa çatması” ifadəsi diplomatik dildə münaqişənin artıq bağlanmış səhifə olduğunu göstərir: “Rəsmi Bakı uzun illərdir tələb etdiyi nəticəni qazanıb. Sülh müqaviləsi Azərbaycanın şərtləri əsasında formalaşıb.

Bu, həm də o deməkdir ki, Azərbaycanın əsas prioritetləri, yəni sərhədlərin tanınması, ərazi bütövlüyünün qəbul edilməsi və separatizmin birdəfəlik aradan qalxması sənədlərdə əksini tapıb. Prezidentin Minsk qrupuna dair söylədiyi sözlər isə tarixi bir hesabat xarakteri daşıyır. Çünki bu qurum 30 ilə yaxın müddətdə münaqişənin həllinə heç bir töhfə vermədi, əksinə, status-kvonun qorunmasına xidmət etdi. Azərbaycan isə güc amili və diplomatik iradə ilə məsələni öz xeyrinə həll etdi. Minsk qrupu hüquqi baxımdan hələ mövcud sayılsa da, artıq siyasi reallıqlarda heç bir çəkisi yoxdur. Onun “son günlərini yaşaması” ifadəsi beynəlxalq vasitəçilik institutlarının iflasını açıq şəkildə göstərir”. 

Tural İsmayılov vurğulayıb ki, İlham Əliyevin “biz istədiyimizə nail olduq” bəyanatı həm də Azərbaycanın 2020-dən sonrakı bütün mərhələlərdə strateji üstünlüyünü qoruduğunu təsdiqləyir: “Ermənistan artıq seçim qarşısında deyil, fakt qarşısındadır. Bu fakt da onun sülh müqaviləsinə imza atmaqdan başqa alternativ yolunun qalmadığını göstərir. Azərbaycanın əldə etdiyi uğur təkcə hərbi zəfər deyil, həm də diplomatik qələbədir. Kəlbəcərdən verilən bu mesaj təsadüfi deyil. Çünki bu bölgə işğaldan azad olunmuş ən strateji ərazilərdən biridir və bu torpaqlardan səslənən sözlər gələcəyin simvolik zəmanətidir. Əslində, Prezidentin çıxışı həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya ünvanlanmışdı. Bir tərəfdən Azərbaycan xalqına “sülhün yaxın olduğu” mesajı verildi, digər tərəfdən isə xarici güclərə “Azərbaycan artıq prosesin əsas diqtə edən tərəfidir” mesajı göndərildi”. 

Politoloq bildirib ki, İlham Əliyevin bəyanatı Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcıdır: “Normallaşmanın tam başa çatması üçün hələ müəyyən texniki detallara ehtiyac var. Sərhədin delimitasiya və demarkasiya məsələləri, anklav kəndlərinin qaytarılması, kommunikasiyaların açılması hələ də gündəmdədir. Lakin Prezidentin tonuna əsasən görünür ki, bu məsələlər də Azərbaycanın maraqları çərçivəsində həll ediləcək. Bu isə Cənubi Qafqazda tamamilə yeni bir geosiyasi mərhələnin başlanğıcıdır. Beləliklə, İlham Əliyevin bəyanatı həm yekun siyasi iradəni, həm də gələcək diplomatik kursun istiqamətini ortaya qoyur. Ermənistan-Azərbaycan münasibətləri məhz Azərbaycanın şərtləri əsasında normallaşır və bundan geri dönüş yoxdur”. 
Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri