Icma.az
close
up
RU
Milli musiqimizin fəal və fədakar təəssübkeşi

Milli musiqimizin fəal və fədakar təəssübkeşi

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İllər elə tez ötüşür ki! Yeni il başlayır, gözünü açıb görürsən ki, artıq il yarı olub. Eşidirsən, kim isə: "Heç bilmədim may nə zaman yetişdi", - deyir. O biri söhbətə qarışır: "A kişi, may nədir, il artıq sona yetir", - cavabını verir.

Bax belə illərin işığında Nazim Kazımov bir də gördü ki, yaşının üstünə xeyli yaş gəlib, 75-ə çatıb. 75 yaş əsrin dörddə üçüdür. Nazim ötən illərə boylandı. Öz-özündən soruşdu: "Papağımı günə yandırmamışam ki?" "Yox", - dedi. Ötüb-keçən illəri vərəqlədi. Haqlı olduğunu gördü. Sonra özünə baxdı. Maşallah boy-buxun onda. Özünü qıvraq, gümrah, sağlam hiss edir. Necə deyərlər, "dəyərəm min cavana".

Nazim Kazım oğlu Kazımov 4 aprel 1950-ci ildə Naxçıvan şəhərində doğulub, şəhər 1 nömrəli məktəbində təhsil alıb. Hələ orta məktəbdə oxuyarkən onda musiqiyə dərin maraq yaranıb. Ümumtəhsil məktəbi ilə yanaşı, eyni zamanda şəhər musiqi məktəbinin tar sinfində təhsil almağa başlayıb.

Nəhayət, orta məktəbdə təhsil illəri arxada qaldı. Musiqi həmişə Nazimlə idi. Azərbaycan musiqi alətlərinin şahı sayılan tara sevgi, vurğunluq onu Bakıya - Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna (1966) gətirib çıxardı. O, xalq çalğı alətləri şöbəsinin tar sinfinə qəbul olundu.

Nazim musiqimizlə bərabər, Azərbaycan ədəbiyyatının da vurğunu idi. Musiqi ilə ədəbiyyatı bir-birində ayrı təsəvvür etmirdi. Həm də ali təhsil almaq arzusunda idi. Odur ki, texnikumda təhsil ala-ala sənədlərini Bakı Dövlət Universitetinə təqdim etdi və universitetin filologiya fakültəsinə (qiyabi) daxil oldu (1967). Arzular tükənməzdir. Sevdiyi filologiya üzrə ali təhsilə yiyələnən Nazim musiqi sahəsində də ali təhsil almağı arzulayırdı. Bakı Dövlət Universitetinin diplomunu aldıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasında qəbul imtahanlarında iştirak edərək konservatoriyanın tələbəsi oldu. Xalq çalğı alətləri şöbəsində xalq artistləri Səid Rüstəmovdan (tar ixtisası üzrə) və Süleyman Ələsgərovdan (dirijorluq ixtisası üzrə) dərs almağa başladı. Yaxşı tələbə, yaxşı mütəxəssis olmağa çalışırdı.

lll

Nazimin əmək fəaliyyətinə başlaması Əli Bayramlı (hazırda Şirvan) şəhəri ilə bağlıdır. O, Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda təhsilini tamamlayanda (1970) təyinatını bu şəhərdəki musiqi məktəbinə verdilər. Nazim Kazımov Əli Bayramlı musiqi məktəbində 3 il müəllim vəzifəsində çalışdı.

Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə (1973-1978) eyni zamanda Bakının 15 nömrəli musiqi məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri olaraq əmək fəaliyyətini davam etdirdi.

Konservatoriyanı bitirdikdə (1978) onun təyinatını yenidən Əli Bayramlı (hazırda Şirvan) musiqi məktəbinə verdilər. Nazim Kazımov bu musiqi məktəbində bir daha 4 il işlədi, müəllim, direktor müavini oldu.

Buradakı musiqi məktəbində çalışarkən Ariz Abduləliyev, Fəxrəddin Qafarov, Vaqif Abuzərov, Vüqar Nəzərov və başqa bu kimi musiqiçiləri yetişdirdi. Onlar hazırda musiqi sahəsində özlərinə məxsus ad-san yiyəsidirlər.

Nazim müəllim 4 ildən sonra təzədən Bakıya qayıtdı. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisi kafedrasında müəllim vəzifəsində çalışmağa (1981-1984) başladı. İş elə gətirdi ki, Nazim Kazımov üçüncü dəfə Əli Bayramlı musiqi məktəbinə qayıtmalı oldu. Bu dəfə musiqi məktəbinin direktoru təyin olunmuşdu. 8 il (1984-1992-ci illər) bu vəzifədə işlədi. Musiqi kadrlarının hazırlanması sahəsində səmərəli fəaliyyət göstərdi. Yenə Bakı şəhərinə gəldi. Bu dəfə respublika Təhsil Nazirliyində işə çağırılmışdı. Burada inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrini tutdu, 9 il fəaliyyət göstərdi.

Nazim Kazımov Asif Zeynallı adına Musiqi Texnikumunun məzunu idi. Tale elə gətirdi ki, onu bu məşhur, nüfuzlu tədris müəssisəsinə (hazırda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecidir) direktor təyin etdilər. 2001-ci ildən həmin vəzifədə işləyir. Eyni zamanda Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professorudur.

lll

Nazim müəllim musiqi təhsilinin müasir problem və inkişaf meyllərinə dərindən yiyələnmiş mütəxəssisdir. Geniş erudisiyaya, musiqi savadına malikdir. Təhsil təşkilatçısı, tədris prosesinin, təhsil müəssisəsinin, tələbələrin, tələbə auditoriyasının idarə olunması, müəllim-tələbə münasibətlərinin səmərəli qurulması sahəsində səriştəyə yiyələnmiş şəxs, alimdir. O, yüksək ifaçılıq məharətinə malikdir. Xalq musiqisini, o cümlədən muğamlarımızı çox gözəl bilir.

Professor Nazim Kazımovun pedaqoji və elmi fəaliyyəti üzvü vəhdət təşkil edir. Azərbaycan muğamlarının tərbiyəvi əhəmiyyəti və təlim-tərbiyə prosesində onlardan istifadə ilə bağlı onun bir sıra araşdırmaları, əsərləri vardır. 1997-ci ildə professor Vidadi Xəlilovun elmi rəhbərliyi ilə "Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi" mövzusunda dissertasiya yazaraq müdafiə etmiş, pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır, professordur. Həmin dissertasiya əsasında "Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri" monoqrafiyasını (2000) çap etdirmişdir. Həmin monoqrafiya, eyni zamanda "Tar, kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə" proqramı (Bakı 1998), "Ümumtəhsil məktəblərində muğamların tədrisi və tərbiyəvi əhəmiyyəti" (1996), "Tar ilə fortepiano üçün pyeslər" mövzusunda proqram, metodik vəsait və kitabçalar, bir çox elmi məqalə musiqi müəllimlərinin, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyanın, həm də orta ixtisas musiqi məktəblərinin müəllim və tələbələrinin stolüstü kitabıdır.

N.Kazımov milli musiqimizin fəal təbliğatçısıdır, məşhur musiqi xadimlərimizin həyat və fəaliyyətini tədqiq edir, respublikamızın musiqi ictimaiyyətinə, vətəndaşlarımıza çatdırır. Asəf Zeynallı, Səid Rüstəmov, Asəf Zeynallı adına Musiqi Texnikumu (İndiki Musiqi Kolleci) haqqında əsərlər yazaraq nəşrinə nail olmuşdur.

"Tar ilə fortepiano üçün pyeslər" (1999), "Ümumtəhsil məktəblərində muğamların  tədrisi məsələləri" (2000), "Səid Rüstəmov", "Asəf Zeynallı", "Musiqi kolleci-110" (2008), "Adil Gəray Məmmədbəyli" monoqrafiyaları, "Pedaqoji təcrübə" kitabı (2007) sevilə-sevilə oxunur.

Bundan başqa, Nazim müəllim təlimi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün "Musiqi" dərsliklərinin həmmüəlliflərindəndir.

Professor Nazim Kazımovun direktoru olduğu Musiqi Kollecinin tələbələri də öz uğurları ilə respublikaya səs salır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunan muğam ifaçılığı müsabiqələrində Musiqi Kolleci tələbələri hər dəfə böyük nailiyyətlər qazanırlar. Müsabiqələrdə Kollecin məzunlarından Təyyar Bayramov, Babək Niftəliyev, Güllü Muradova, Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Rəvanə Ərəbova müsabiqədə layiqli yerlər tutmuşlar.

lll

Nazim Kazımovun Azərbaycan musiqisi haqqında fikirləri ciddi maraq doğurur. Ötən ilin sentyabrında "Azərbaycan müəllimi" qəzetində Nazim müəllimin Günel Abbaslıya verdiyi müsahibə dərc edilib. O müsahibədə xüsusən iki suala Nazim müəllimin cavablarını təqdim etmək istəyirəm:

- Musiqinin bugünkü vəziyyəti bir peşəkar kimi sizi nə dərəcədə qane edir?

- Azərbaycan musiqisi dünya miqyasında bəyənilir. İstər muğamlarımız, istər klassik musiqimiz bizim üçün bir xəzinədir. Musiqiçilərimiz dünya səhnələrində, beynəlxalq müsabiqələrdə iştirak edirlər və dünyanın bir çox ölkələrində uğur qazanırlar. Bizim musiqini eşidənlər ondan doya bilmirlər. Mən bir faktı söyləmək istərdim. Fikrət Əmirovun "Azərbaycan kapriççiosu" deyilən bir əsəri var. Amerikalı bir dirijor yazır: "Maestro, mən sizin kapriççionu konsertin ortasında ifa edəndə həmin mahnıdan sonra zal boşalır. Tamaşaçılar deyir ki, biz başqa musiqi eşitmək istəmirik. Bizə icazə verin, sizin kapriççionu konsertin axırında çalaq ki, camaat getməsin və xahiş edirik, siz hansı musiqi alətində çalmısınızsa, onu gətirin Amerikada görüşək". Fikrət Əmirov tarını götürüb gedir.

- Bəstəkarlıq da musiqimizlə eyni dərəcədə inkişaf edir?

- Gənc bəstəkarlarımız var, ancaq qəbul edirik ki, musiqilər o dövrdəki kimi deyil. Buna müəyyən zaman lazımdır. O musiqiçilər intibah dövründə yetişdi. Bu, bütün dünyada belədir, indi Almaniyada da Bethovenlər yetişmir. Sanki Üzeyir bəy, Qara Qarayev yazılması lazım olan hər şeyi yazıb gediblər. Bu gün də gənc bəstəkarlar yazır, yaradır. Mən əminəm ki, bizim musiqimiz inkişaf edəcək. Çünki görürəm ki, bu gün də istedadlı gənclər var, onlar beynəlxalq arenalarda ölkəmizi təmsil edirlər. Azərbaycan xalqı öz musiqisi ilə bütün dünyanı fəth etməyə qadirdir.

lll

Nazim Kazım oğlu Kazımovun uğurları çoxdur. Bu uğurlara görə o başqalarının qarşısında öyünmür. Sadəcə çalışır ki, öz əməyi, zəhməti ilə nailiyyətlərinin sayını artırsın. Nazim müəllim sadə, mehriban, xeyirxah, humanist, səmimi, alicənab insandır. Yüksək insani keyfiyyətləri ilə böyük hörmət və nüfuz qazanmışdır. İstər rəhbərlik etdiyi pedaqoji kollektivin üzvləri, istər tələbələr, istərsə də musiqi aləmində sevilir.

Professor Vidadi Xəlilov "Sadiqlik nümunəsi" adlı kitab nəşr etdirib. Həmin kitab Əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun həyat və yaradıcılığını diqqət mərkəzinə gətirir.

lll

Dövlətimiz musiqinin tədrisi, musiqi kadrlarının yetişdirilməsi, musiqi sahəsindəki şəxsi xidmətlərini nəzərə alaraq, onu Əməkdar incəsənət xadimi fəxri adına layiq görmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə II dərəcəli Əmək ordeni; Təhsil və Elm Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir. Bundan başqa, Nazim müəllim "Qızıl qələm" mükafatı laureatıdır.

lll

Professor Nazim Kazımov vaxtilə dahi Üzeyir Hacıbəylinin direktoru olduğu, zəngin ənənələri ilə seçilən Musiqi Kollecinə rəhbərlik edir. Üzeyir bəy iki dəfə fasilələrlə kollecin direktor olub. Bu təhsil müəssisəsi təkcə respublikamızda deyil, Yaxın Şərqdə ilk musiqi təhsili məktəbidir. Nazim müəllim var gücü ilə çalışır ki, Üzeyir bəyin ənənələrini qorusun, yaşatsın, onun adına layiq rəhbərlik üslubu tətbiq etsin.

75 illik yubiley günlərində ona nə arzu edərdik? Xoş əhval, sağlam və uzun ömür, yaradıcılıq uğurları, Musiqi Kollecinin uğurlarını görüb sevinmək arzusu! Əziz Nazim müəllim, 75 yaşın mübarək!

Akif ABBASOV,
Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi, Əməkdar müəllim, pedaqogika elmləri doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:345
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri