Icma.az
close
up
RU
Milli musiqimizin atası

Milli musiqimizin atası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Üzeyir Hacıbəyli – 140


Xalqın ruhunu sənətdə əbədiləşdirmiş bəstəkar

Musiqi insanların yaxın dostu, ürək sirdaşıdır. Bütün ömrünü bu sənətə həsr edən, bənzərsiz əsərlər yaradan görkəmli şəxsiyyətləri xatırlayanda, ilk növbədə, Üzeyir Hacıbəylinin işıqlı obrazı gözlərimiz önündə canlanır. Azərbaycan professional bəstəkarlıq məktəbinin yaradıcısı və klassik musiqi sənətinin banisi, bir sözlə, özündən sonra gələn nəsillərə örnək olan Üzeyir bəy belə korifeylərdəndir.

Bu il dahi bəstəkarın 140 yaşı tamam olur. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev 3 fevral 2025-ci il tarixli sərəncam imzalayıb. Sənədin preambula hissəsində qeyd olunur ki, Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. 

Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli, eyni zamanda, parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.

Yubileylə bağlı müxtəlif maraqlı tədbirlər keçiriləcək, elmi araşdırmalar aparılacaq. Əslində, hər il böyük bəstəkarın ad günü sentyabrın 18-də musiqi bayramı ilə əlamətdar olur və bunun da təşəbbüskarı unudulmaz Maestro Niyazi Hacıbəylidir. Görkəmli dirijor doğma əmisi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edirdi. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada ölməz sənətkarın adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edirdi. Bu gün ənənə daha dolğun şəkildə davam etdirilir. 

Azərbaycanda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkarın xatirəsinə Beynəlxalq Musiqi Festivalı keçirilir. Həmin bayrama yaxın və uzaq ölkələrdən gələn əcnəbi sənətçilər də qatılırlar. Konsertlərlə yanaşı, Üzeyir bəyin əsərləri əsasında teatr tamaşaları göstərilir, onun yaradıcılıq irsini araşdıran elmi konfranslar təşkil olunur. İldən-ilə mötəbər festivalda iştirak edən ölkələrin də, musiqi kollektivlərinin də sayı artır.

Dirijor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman Qəniyev bizimlə söhbətində bildirdi:

– Üzeyir bəyin irsi o qədər zəngindir ki, bu “dərya”ya baş vuran hər kəs yeni mənalar əxz edir, dürlü bilgilər qazanır. Onun yaratdığı məktəb Azərbaycan bəstəkarlarının yetişməsinə, püxtələşməsinə mühüm xidmət göstərib. Bu məktəbin çoxsaylı layıqli davamçısı olub. Onlar Üzeyir bəydən sonra Azərbaycan bəstəkarlıq məktəbini daha da zənginləşdiriblər. 

Ü.Hacıbəyli elmi yaradıcılığında mərkəzi yeri 20 il ərzində ərsəyə gətirdiyi “Azərbaycan xalq musiqisinin əsasları” kitabı tutur. Bu əsəri ilə o, XX əsrdə Azərbaycan musiqisi nəzəri elminin təməlini qoyub. Dahi bəstəkar uzunmüddətli araşdırmalar nəticəsində Azərbaycan ladlarını əsas və əlavə ladlara ayıraraq sistemləşdirib. 

Üzeyir Hacıbəyli öz məqalələrində dəfələrlə xalq mahnılarının əhəmiyyətini, onların toplanmasının, nota yazılmasının vacibliyini göstərib. O, “Azərbaycanda musiqi tərəqqisi” məqaləsində yazırdı: “El mahnılarımız bizim musiqi sərvətimiz və musiqi mənbəyimizdir. Fəqət biz hələ bu sərvət və mənbədən layiqincə istifadə edə bilməmişik”. Daha sonra qeyd edir: “Bu mahnılar ağızdan-ağıza düşüb şəhərləri, kəndləri gəzib dolaşır, sonra... tamamilə unudulub itir... Bu nəhvilə yüzlərcə qiymətli el mahnılarımız itib-batmışdır. Bununla belə hal-hazırda mövcud olan və yadlarda qalan el mahnılarımızı yığıb cəmləsək, yenə də yüzlərcə havalarımızı unudulmaq təhlikəsindən xilas edə bilərik” 

Məlum olduğu kimi, xalq mahnılarından ibarət ilk məcmuə Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayev tərəfindən nota yazılmış və işlənilmiş “Azərbaycan türk el nəğmələri” (1927-ci il) adlı toplu olub. Bu məcmuədə 33 mahnı toplanmışdı və onların əksəriyyəti görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun ifasından, bir neçə nümunə isə Zülfüqar Hacıbəyovun qeydləri əsasında notlaşdırılıb. Məcmuədə ilk dəfə olaraq, xalq musiqisinin müxtəlif janrlarına aid nümunələr – laylay, əmək mahnıları, uşaq mahnıları, lirik mahnılar, məişət və mərasim mahnıları əhatə olunub. Azərbaycanda etnomusiqişünaslığının inkişafına təkan verən bu nəşri sonrakı illərdə Azərbaycan bəstəkar və musiqişünasları davam etdirib.

Xalqının maddi və mənəvi sərvətlərindən biri olan muğamlarımız şifahi professional musiqinin əsas janrlarından biridir. Muğam nəinki Azərbaycan xalqının, həmçinin digər xalqların da zövqünü oxşayan fəlsəfi məzmunlu füsünkar bir musiqidir. Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsərinin tədqiqat materialı məhz xalq musiqimiz, muğamlarımız olub. 

– Üzeyir Hacıbəyovun parlamasında Qori Müəllimlər Seminariyasının böyük rolu danılmazdır... 

– Bəli. Seminariyada təhsil aldığı illərində o, qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub, klassik musiqi əsərlərini mənimsəyib, skripka və bariton musiqi alətlərində çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb. Ü.Hacıbəyovun Qori Seminariyasında tələbə yoldaşları Nüslüm Maqomayev, Əli Terequlov və başqaları sonradan onunla çiyin-çiyinə xalqın maariflənməsi uğrunda mübarizə aparıblar. Məhz orada qoyulan möhkəm bilik, fəhm təməli üzərində mədəniyyətimizin tətrəqqisi yolunda misilsiz addımlar atılıb. 

– Və bu işıq ömrü boyu Üzeyir bəyi müşayiət edib, yolunu nurlandırıb, eləmi?

– Bəli. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov 1 il Hadrud kəndində (Cəbrayıl bölgəsi) müəllimlik edib və 1905-ci ildə Bakıya köçüb. XX əsrin əvvəllərində neft sənayesinin inkişafı sayəsində Bakıda teatr və konsert həyatı, təhsil, mətbuat yüksəlməyə başlayıb. Ü.Hacıbəyov Bakıda çoxcəhətli fəaliyyət göstərib. Yaxın dostları, məsləkdaşları ilə xalqına xidmət etmək, mədəniyyət və musiqimizi yüksəltmək üçün əlindən gələni əsirgəməyib. Ü.Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə ilk milli operanı (Azərbaycan dilində) yaradıb. 1908-ci il yanvarın 25-də onun “Leyli və Məcnun” operasının Bakıda Z.Tağıyev teatrında ilk tamaşası olub. Operanın librettosunu M.Füzulinin eyniadlı poeması əsasında o özü yazıb. Əsərin musiqisi əsasən muğam və təsniflər üzərində qurulub. Dahiyanə opera bu gün də Azərbaycan opera və balet teatrının səhnəsində yaşayır.

Üzeyir bəy 1909–1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” operalarını, eləcə də “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” operettalarını yaradıb. Məqalələri isə günümüzlə həmahəng səsləşərək, Ü.Hacıbəyovu uzaqgörən siyasətçi, ideyalı publisist kimi qabiliyyətini nümayış etdirir. Onun yaratdığı “Milli marş”, “Çırpınırdı Qara dəniz” bu gün bütün türk dünyasının himninə çevrilib. “Azərbaycan marşı” isə 1992-ci ildə Azərbaycan Respublikasının dövlət himni kimi qəbul olunub.

...Bəli, inamla demək olar ki, 140 yaşlı Üzeyir Hacıbəylinin xatirəsinin böyük ehtiramla yad olunması, həm də musiqi mədəniyyətimizin dünyada təbliği sahəsində görülən işlərin, musiqi sənətimizin inkişafının parlaq təcəssümüdür. 

Əli NƏCƏFXANLI 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri