Milli Olimpiya Komitəsinin rəsmiləri Ər Riyadda Atletlər kəndində olublar
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 9 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov və MOK-un baş katibi Azər Əliyev Atletlər kəndində ölkəmizi təmsil edən idmançılarla görüşüblər.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar atletlər kəndində idmançılara yaradılan şəraitlə tanış olublar.
Görüş zamanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışaraq, həmin yarışlarda Azərbaycan idmançılarının qazandığı uğurları xatırladıb. O, həmçinin komandamızın digər İslam Oyunlarındakı çıxışlarına toxunaraq idmançılara ənənəni davam etdirməyi və ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.
İdmançılar yarışlara yüksək səviyyədə hazırlaşdıqlarını və Azərbaycan bayrağını layiqincə dalğalandırmaq üçün bütün güclərini səfərbər etdiklərini bildiriblər.
MOK-un rəhbərliyi həmçinin VI İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarla da görüşüb və onları qələbə münasibətilə təbrik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 09 Noyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















