Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının tərkibində dəyişiklik olub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 5 sentyabr, AZƏRTAC
Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının iclası keçirilib.
MOK-dan AZƏRTAC-a bildirilib ki, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının həyata keçirdiyi layihələr barədə məlumat verib.
İclasda komissiyanın yeni tərkibi müəyyənləşib. Atletlər Komissiyanın sədri olan Rüstəm Orucovun (cüdo) yerinə Fəridə Əzizova (taekvondo) sədr seçilib. O, indiyə qədər Atletlər Komissiyasının sədr müavini kimi fəaliyyət göstərib.
Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcəklər.
Səsvermədən sonra Atletlər Komissiyasının gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Sentyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















