Milli Paralimpiya Komitəsinin 2026 cı il üçün hədəfləri açıqlanıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
2026-cı ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq. Yubiley ilində bir sıra yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
O, gələn il üçün qarşıya qoyulan əsas hədəfləri açıqlayıb: “Milli Paralimpiya Komitəsinin beynəlxalq standartlara cavab verən yeni loqosu təqdim olunacaq. Digər ölkələrin paralimpiya komitələri ilə əməkdaşlıq münasibətləri inkişaf etdiriləcək. Yeni tibbi təsnifat qaydalarına uyğunlaşdırma və əlilliyi olan Vətən müharibəsi iştirakçılarının paralimpiya idman növlərinə cəlb olunması prosesi davam etdiriləcək. Həmçinin karyerasını başa vuran paralimpiyaçıların məşqçi kimi fəaliyyətini davam etdirməsi üçün müvafiq dəstək göstəriləcək. Bunlarla yanaşı, yeni saytımızı istifadəyə verəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 26 Dekabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















