Milli Paralimpiya Komitəsinin rəhbərliyi Naxçıvanda rəsmi səfərdə FOTO
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib.
İdman.biz xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə, MPK-nın baş katibi Toğrul Rəhimov və Komitənin digər rəsmiləri iştirak ediblər.
Görüş zamanı Naxçıvanda Paralimpiya hərəkatının inkişaf etdirilməsi, fiziki imkanları məhdud şəxslərin idmana cəlb olunması və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Naxçıvanda Paralimpiya hərəkatını daha da genişləndirmək üçün səmərəli əməkdaşlıq imkanlarının olması və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə atılacaq addımların bu sahənin inkişafına ciddi töhfə verəcəyi qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 14 İyun 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















