Icma.az
close
up
RU
“Milli Proqram” istifadəçiləri “Coursera” platformasında 13 mindən çox kursdan yararlana bilər

“Milli Proqram” istifadəçiləri “Coursera” platformasında 13 mindən çox kursdan yararlana bilər

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 oktyabr, AZƏRTAC

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da daha 550 kurs və təlim istifadəçilər üçün əlçatan oldu. Proqram istifadəçiləri ümumilikdə 13000-dən çox təlimdən faydalana bilər.

Bu barədə AZƏRTAC-a Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən (4SİM) bildirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da istifadəçilərin yararlana biləcəyi kursların sayı artırılıb.

Proqrama yeni əlavə edilən kurs və təlimlərin təminatçısı Kembric, Dyuk, Con Hopkins, London universitetləri kimi nüfuzlu təhsil müəssisələri və “Meta”, “IBM”, “Microsoft”, “Simenens” kimi aparıcı şirkətlərdir. Həmin kurslar modelləşdirmə, animasiya, süni intellekt, qrafik və vizual dizayn, data təhlükəsizliyi və s. istiqamətdə bacarıqların inkişafı üçün fürsətlər yaradır (yeni kursların siyahısı – https://shorturl.at/yYr5K). Beləliklə, “Milli Proqram” istifadəçiləri artıq “Coursera” platformasında 13 mindən çox kurs və təlimdən faydalana bilərlər.

“Coursera” platformasında Oksford, Stenford, Yel, Edinburq, Mançestr, Miçiqan, İllinoys, Florida, Sidney, eləcə də “Google”, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, “SAP”, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

Bu günə kimi “Milli Proqram”dan 37500 vətəndaş yararlanıb. Aprel ayından başlayan proqramda istifadəçilər 66 min kursu uğurla başa vurublar. “Milli Proqram” istifadəçiləri daha çox süni intellekt, data elmi, layihələrin idarə olunması və biznes sahələri üzrə təlimlərə üstünlük verirlər.

“Milli Proqram” istifadəçilərinin ən çox müraciət etdiyi TOP 10 təlim və kurslar:

1. Süni intellekt hamı üçün (AI For Everyone) - 3192 nəfər

2. Layihələrin idarəolunması əsasları (Project Management Fundamentals) – 1907 nəfər

3. Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management) -1609 nəfər

4. Süni intellektə giriş (Introduction to Artificial Intelligence) – 1512 nəfər

5. Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere) – 1426 nəfər

6. Data elmi nədir? (What is Data Science?) – 1253 nəfər

7. Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work) – 1084 nəfər

8. Liderlik bacarıqları (Leadership Skills) – 1070 nəfər

9. Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management) - 1062 nəfər

10. İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English) – 1032 nəfər

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytında qeydiyyatdan keçərək bu imkandan istifadə edə bilirlər.

“Milli Proqram” istifadəçiləri platformada 2500 kursu Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 kursu isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (kursların siyahısı - https://bit.ly/4ogG5Mw).

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. “Milli Proqram” SOCAR, “PAŞA Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, “4Sİ Akademiyası”nın ilkin pilot mərhələsində 10000 nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:323
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri