Icma.az
close
up
RU
“Milli Proqram” istifadəçiləri “Coursera” platformasında rekord sayda kurs bitiriblər

“Milli Proqram” istifadəçiləri “Coursera” platformasında rekord sayda kurs bitiriblər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 sentyabr, AZƏRTAC

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da indiyədək 30000 nəfər təlimlərdən istifadə edib. Onlar 60000-dən çox kursu uğurla başa vurublar.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən (4SİM) AZƏRTAC-a bildirilib ki, “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 4-cü dalğasına qoşulan 7500 istifadəçi rekord sayda - 18 mindən çox kurs bitirib. Aprel ayından başlayan proqramda bu günədək 30000 nəfər “Coursera” platformasında ödənişsiz təlimlərdən istifadə edib. Onlar 60000-dən çox kursu uğurla başa vurublar. Növbəti 7500 vətəndaş proqrama qoşulub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 5-ci dalğasına start verilib. Növbəti 7500 vətəndaş 6 həftə ərzində “Coursera” platformasından ödənişsiz istifadə imkanı qazanıb.

“Milli Proqram” istifadəçiləri daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük verir. Bununla yanaşı layihələrin idarə olunması, informasiya texnologiyaları, yumşaq bacarıqlar, kommunikasiya və dil, sosial elmlər eləcə də biznes sahəsiüzrə təlimlərə də maraq artır.

Avqust ayından başlayaraq yerli universitetlər və şirkətlər öz kurs və təlimlərini “Course builder“ aləti vasitəsilə “Milli Proqram” çərçivəsində “Coursera” platformasında yerləşdirmək imkanı əldə ediblər. Ümumilikdə 25 təlim artıq platformada yerləşdirilib və 2000 təlim istifadəçilər tərəfindən başa vurulub.Yerli təlim şirkətlərinin 3 kursu proqram istifadəçilərinin ən çox müraciət etdiyi təlimlər sırasına daxildir.

“Milli Proqram” istifadəçilərinin ən çox müraciət etdiyi təlim və kurslar:

1. Süni intellekt hamı üçün (AI For Everyone)

2. Rəqəmsal texnologiyanın gücü: STEM-də texnoloji trendlər

3. Layihələrin idarəolunması əsasları (Project Management Fundamentals)

4. STEM-də Elmin rolu: Kəşflərə aparan yol

5. Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management)

6. Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere)

7. Robotiksə giriş: STEM-də ağıllı sistemlər dünyası

8. Data elmi nədir? (What is Data Science?)

9. Peşəkarlar üçün tənqidi düşünmə bacarıqları (Critical thinking skills for the Professional)

10. Rəqəmsal transformasiya perspektivləri: Aqrobizneslər(Perspectives in Digital Transformation: Agribusiness)

11. Süni intellektə giriş (Introduction to Artificial Intelligence)

12. Liderlik bacarıqları (Leadership Skills)

13. Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work)

14. İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English)

15. Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management)

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

“Coursera” platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12000-dən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

“Milli Proqram” istifadəçiləri platformada 2500 kursu Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 kursu isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (kurslarınsiyahısı - https://bit.ly/4ogG5Mw).

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. “Milli Proqram” SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, “4Sİ Akademiyası”nın ilkin pilot mərhələsində 10000 nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri