Icma.az
close
up
RU
Milli Qəhrəman İqor Kşnyakinin doğum günüdür

Milli Qəhrəman İqor Kşnyakinin doğum günüdür

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, kapitan İqor Kşnyakinin doğum günüdür. Yaşasaydı 63 yaşı tamam olacaqdı. 

İqor İvanoviç Kşnyakin 1962-ci ilin bu günü, yəni mayın 19-da Bakıda doğulub.

Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Ryazan vilayətində Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib.

1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1984-cü il yanvarın 6-dan Zabrat Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu, 1990-cı ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Yak-40 Hava Gəmisinin 2-ci pilotu vəzifələrində çalışıb.

1994-cü ildə Yak-40 Hava Gəmisinin komandiri, 1997-ci ildə "Azal" Milli Aviasiya Şirkətinin Yak-40 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 1998-ci ildə Tu-134 Hava Gəmisinin 2-ci pilotu vəzifəsinə təyin olunur. 2005-ci ildə An-140 Hava Gəmisinin kapitanı, 2008-ci ildən etibarən ATR-42/72 Hava Gəmisinin kapitanı vəzifəsinə yüksəldilir.

2013-cü iyunun 3-dən etibarən, Embraer-170/190 Hava Gəmisi üzrə yenidən təlim kursunu bitirdikdən sonra həmin hava gəmisinin stajçı-pilotu vəzifəsinə keçirilib.

2013-cü dekabrın 11-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində Embraer-170/190 hava gəmisinin kapitanı vəzifəsinə təyin edilib.

2020-ci ildə Bakıdan Moskvaya uçarkən Kşnyakinin komandiri olduğu təyyarədə təyyarədə olan sərnişinlərdən birinin halı pisləşib. Kşnyakin təcili eniş edib və sərnişinin həyatı xilas olub.

Kapitan İqor Kşnyakin 2024-cü ilin dekabrında qəzaya uğrayan Embraer 190 təyyarəsində həlak olub. 

Belə ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus Pantsir-S1 zenit raket kompleksi ilə vurulub. İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov təyyarənin idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirmişlər.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılıb. Təyyarənin göyərtəsində 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Qəza nəticəsində 29 nəfər sağ qalmışdır.

İqor Kşnyakin, təyyarənin ikinci pilotu və bir ekipaj üzvü, habelə 35 sərnişin qəza zamanı həyatını itirib.  O 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Kşnyakin İqor İvanoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 

İqor Kşnyakin ailəli idi. Onun bir oğlu və üç qızı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri