Icma.az
close
up
RU
Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illiyi qeyd olunub

Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illiyi qeyd olunub

Icma.az bildirir, 525.az portalına istinadən.

Quba Tarix-Diyarşünaslıq Muzeyinin filialı olan Şəhidlər Muzeyində qubalı Milli Qəhrəman, baş leytenant Rafiq Nəsrəddinovun anadan olmasının 65 illiyi və qubalı qəhrəmanların Vətən müharibəsində keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş “Səngərdən keçən şanlı ömürlər - Qubalı qəhrəmanların Vətən savaşı” kitabının təqdimatı ilə bağlı tədbir keçirilib.

525.az xəbər verir ki, Şəhidlər xiyabanı ziyarət olunduqdan sonra keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Quba rayon İH-nin və YAP Quba rayon təşkilatının nümayəndələri, Rayon Ağsaqqallar Şurasının üzvü, Xarı Bülbül jurnalının təsisçisi, kitabın ön sözünün müəllifi olan professor və sponsorları, "Vətən Naminə" İB sədri, XTQ mənsubları, ziyalılar, ədəbiyyat və mədəniyyət adamları, muzey əməkdaşları və b. iştirak ediblər.

Tədbirdə Milli Qəhrəman Rafiq Nəsrəddinovun həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib, onun Vətən qarşısındakı xidmətləri və göstərdiyi qəhrəmanlıq haqqında məlumat verilib. Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirin əlamətdar məqamlarından biri də şair, publisist Cabir Alpoğlu Albantürk tərəfindən çapa hazırlanaraq nəşr etdirilmiş “Səngərdən keçən şanlı ömürlər - Qubalı qəhrəmanların Vətən savaşı” adlı kitabın təqdimatı olub. Bildirilib ki, nəşrdə Quba rayonunun Qarabağ və Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarının həyat və döyüş yolu öz əksini tapıb.

Kitabın təqdimatı zamanı vurğulanıb ki, Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyinin qeyd olunması ilə qubalı qəhrəmanların döyüş yolunu əks etdirən kitabın təqdimatının eyni tədbirdə keçirilməsi Vətən qarşısında xidmətləri ilə tarixə yazılan qəhrəmanların xatirəsinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Kitabda fərqli müəlliflərə aid yazılar vasitəsilə qəhrəmanlarımızın həyat yolu, Vətənə sədaqəti və döyüşlərdə göstərdikləri şücaət gələcək nəsillərə çatdırılır.

Qəhrəmanlarımızın şərəfli ömrü və Vətən uğrunda mübarizəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Sentyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri