Icma.az
close
up
RU
Milli Qurtuluş Günü və Heydər Əliyevin Dövlətçilik Fəlsəfəsi: Siyasi və Mənəvi Dirçəlişin Tarixi

Milli Qurtuluş Günü və Heydər Əliyevin Dövlətçilik Fəlsəfəsi: Siyasi və Mənəvi Dirçəlişin Tarixi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bugün biz Azərbaycan xalqının taleyində böyük dönüş nöqtəsi olan Milli Qurtuluş Gününü qeyd edirik. Bu gün ,  tariximizin şanlı səhifələrindən biridir və yalnız keçmişimizi deyil, həm də gələcəyimizi dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır. Milli Qurtuluş Günü təkcə bir tarixi hadisə deyil, həm də xalqımızın taleyini dəyişdirən, onu uçurumun kənarından götürüb sabitliyə, inkişaf və zəfərə aparan tarixi dönüş nöqtəsidir. Əgər 1993-cü ildə bu dönüş olmasaydı, bu günkü müstəqil, güclü və qalib Azərbaycanı təsəvvür etmək mümkün olmazdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və ictimai həyatında həlledici məqam oldu.

Ulu Öndər Heydər Əliyev dərin biliyi, zəngin idarəçilik təcrübəsi və böyük vətənpərvərliyi ilə ölkəni dağılmaqdan, vətəndaş qarşıdurmasından, sosial və iqtisadi böhrandan xilas etdi. Onun rəhbərliyi ilə ölkədə sabitlik və qanunçuluq bərpa olundu. Dövlətçiliyimizin təməl prinsipləri formalaşdı, ordu quruculuğu başlandı, iqtisadi islahatlara start verildi. Ulu Öndər gələcək nəsillərə dayanıqlı və müstəqil bir dövlət miras qoymaq üçün xalqın iradəsinə söykənən milli ideologiya yaratdı. Məhz bu siyasi kurs Azərbaycanın gələcək inkişaf yolunun əsasını təşkil etdi. Bu baxımdan ,  15 iyun – Milli Qurtuluş Günü, yalnız bir siyasi qayıdışın deyil, həm də milli özünüdərkin, mənəvi sabitliyin və dövlətçilik fəlsəfəsinin bərpasının başlanğıcı oldu. Bununla da , yalnız bir liderin deyil, bütöv bir xalqın taleyini dəyişdi. 15 iyun təkcə xatirə deyil – o, milli yaddaşın və dövlətçilik düşüncəsinin fəlsəfi dirçəliş günüdür.

Nəticədə , dövlətin dağılmış strukturları bərpa olundu, anarxiya və xaos yerini hüquq və intizama verdi. Fəlsəfi baxımdan bu dönüş, milli varlığın yenidən anlam qazanması demək idi. O, millətin varlığını yalnız torpaqla deyil, həm də dövlətçilik iradəsi və mənəvi bütövlüklə izah edirdi. Dövlətin yenidən qurulması prosesi yalnız siyasi islahatlar deyil, xalqla güvən və etimad üzərində qurulan bir ruhani təmələ əsaslanırdı.

Ulu Öndərin  dövlət fəlsəfəsində xalqın rifahı ilə dövlətin gücü arasında ayrılmaz əlaqə mövcuddur. Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən regional inkişaf proqramları sosial ədalət prinsipinə əsaslanırdı. Hər bir rayonun, kəndin rifahı ümumi milli inkişafın bir parçası kimi görülürdü. O, xalqın içindən çıxan ehtiyacları dövlət proqramlarına çevirirdi. Ulu Öndər dövlətçiliyi yalnız institutlar deyil, insan münasibətləri və milli şüur üzərində qururdu. O, tarixi şüurla strateji düşüncəni birləşdirərək ,  Azərbaycanın gələcəyini qurmağa başladı. Siyasi baxımdan bu dövr islahatçılıq, müstəqil qərarvermə və beynəlxalq aləmdə balanslı siyasət dönəmi kimi xarakterizə olunur. Ulu Öndər  təkcə siyasi böhranı deyil, xalqın mənəvi böhranını da aşmağa nail oldu. O, xalqın içindəki ümidsizliyi ümumxalq birliyinə çevirdi.

"Əsrin müqaviləsi" kimi tanınan neft strategiyası yalnız iqtisadi deyil, həm də geosiyasi fəlsəfə idi – Azərbaycanın beynəlxalq sistemə uğurlu inteqrasiyasının təməli bu müqavilə ilə qoyuldu. Bakı-Tbilisi-Ceyhan kimi enerji layihələri Azərbaycanın regional güc kimi mövqeyini möhkəmləndirdi. Xarici siyasətdə balanslı və prinsipial mövqe tutaraq, Azərbaycanı qlobal güclərin qarşıdurma nöqtəsindən əməkdaşlıq platformasına çevirdi. Heydər Əliyev diplomatiyasında milli maraqlar və beynəlxalq hüquq daim bir harmoniya təşkil edirdi. Ümummilli lider Heydər Əliyevin idarəçiliyində hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ön planda idi. 1995-ci il Konstitusiyası onun hüquq fəlsəfəsinin zirvəsi sayılır. Bu sənədlə vətəndaş hüquqları, dövlət strukturları və siyasi institutlar qanun çərçivəsində yenidən quruldu. O, qanunun aliliyini dövlətin təməl prinsipi kimi qəbul edirdi. Milli dəyərlərin qorunması ilə müasirliyin vəhdətini təmin edən bu siyasət, Azərbaycanda həm mənəvi sabitlik, həm də iqtisadi artım yaratdı.

Milli Qurtuluş ideyası, eyni zamanda, ordu quruculuğu və ərazi bütövlüyü məsələsində də ciddi dönüş nöqtəsi oldu. Azərbaycanın ordu quruculuğu prosesi Ulu Öndərin bilavasitə rəhbərliyi ilə sürətləndirilərək, ölkənin təhlükəsizlik sisteminin əsasları formalaşdırıldı. Dövlət müstəqilliyi artıq yalnız kağız üzərində deyil, faktiki siyasi, iqtisadi və hərbi gücə əsaslanan bir reallığa çevrildi.

Heydər Əliyev məktəbi  üçün gənclik strateji resurs idi – o, gənc nəslin milli-mənəvi ruhda formalaşmasının dövlətin gələcəyi üçün əsas şərt olduğunu bildirirdi. Təhsilin inkişafına yönəlmiş proqramlar, beynəlxalq təqaüdlər və elmə diqqət onun gələcəyə hesablanmış siyasətinin mühüm sütunu idi. Cəmiyyətin intellektual potensialı, yalnız inkişafın vasitəsi deyil, həm də dövlətin ideya dayanağına çevrilmişdi.

Milli Qurtuluş Günü həm də bir varislik fəlsəfəsinin başlanğıcı oldu. Ulu Öndər  yalnız öz dövrünü deyil, gələcək liderlik modelini də formalaşdırdı. Bu varislik bugünkü siyasi sabitliyin və dövlət idarəetməsinin əsasını təşkil edir. Onun müəyyən etdiyi yol – müstəqillik, suverenlik, dövlətçilik və xalqın rifahı istiqamətində davam edir. Milli Qurtuluş Günü bu mənada həm başlanğıc, həm də davamlılıq fəlsəfəsidir.

 Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan cənab Prezident İlham Əliyev  ulu öndər yolunu inamla davam etdirir. 2003-cü ildə xalqın böyük etimadı ilə prezident seçilən  cənab  İlham Əliyev qısa müddətdə özünü müstəqil, praqmatik, uzaqgörən və qətiyyətli lider kimi təsdiq etdi.

Daxili siyasətdə Ümummilli liderin siyasi islahatlar xəttini davam etdirən  cənab Prezidentin apardığı islahatlar , ölkədə sabitliyin möhkəmləndirilməsinə, milli həmrəyliyin bərqərar olmasına və hüquqi dövlətin qurulmasına yönəlmişdir. Elektron hökumət, “ASAN xidmət” və digər innovativ xidmətlər dövlət-vətəndaş münasibətlərində keyfiyyətli mərhələ yaratdı.

Əsası Ulu Öndər tərəfindən qoyulan  neft strategiyası uğurla davam etdirilərək ölkəyə milyardlarla investisiya cəlb olundu. Dövlət Neft Fondu vasitəsilə sosial layihələr maliyyələşdirildi, regionların inkişafı ilə bağlı dövlət proqramları həyata keçirildi. Qeyri-neft sektorunun inkişafı prioritet sahəyə çevrildi, kənd təsərrüfatı, sənaye və turizm sahələrində geniş imkanlar yaradıldı.

Xarici siyasətdə də,  Ulu Öndərin müəyyənlədirdiyi  prioritetləri   inkişaf ertdirən Prezidentimiz ,  balanslı, milli maraqlara əsaslanan və prinsipial mövqe nümayiş etdirdi. Azərbaycan beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında fəal və təşəbbüskar mövqedə çıxış etdi.  Ölkəmizin regionda sülh və əməkdaşlıq təşəbbüsləri dəstəklənmiş, enerji və nəqliyyat layihələri ilə Avrasiyanın strateji güc mərkəzlərindən birinə çevrilmişdir.

Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bölgədə təhlükəsizlik, iqtisadi inkişaf və multikulturalizm mərkəzinə çevrilmişdir. Onun yürütdüyü xarici siyasət nəticəsində Azərbaycan Türkiyə, Rusiya, Avropa İttifaqı, Çin və ərəb ölkələri ilə qarşılıqlı hörmət və maraqlara əsaslanan əlaqələr qurmuşdur.

Hərbi sahədə islahatlar uğurla  davam etdirilmiş , müasir və peşəkar ordu formalaşdırılmışdır. Bu müddət ərzində ,  ordumuzun maddi-texniki bazası gücləndirildi, beynəlxalq təcrübəyə uyğun hərbi təlimlər keçirildi. Hərbi sənaye kompleksi yaradıldı, yerli silah və sursat istehsalı inkişaf etdirildi.  Bütün bu hazırlıqlar və siyasi iradə 2020-ci ildə öz bəhrəsini verdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. Bu zəfər təkcə hərbi qələbə deyil, həm də milli birliyin, dövlətçilik əzminin və siyasi uzaqgörənliyin təntənəsi oldu. Hər birimiz o günləri böyük sevinc və fəxarətlə  xatırlayır və qürur duyuruq.   Cənab Prezident , Müzəffər Ali Baş Komandan bu müharibəni təkcə hərbi  cəbhədə deyil, həm də informasiya və diplomatik cəbhədə böyük məharətlə apardı və qalib gəldi. 2023-cü ilin senyabrında “Anti-terror əməliyyatı” ilə  böyük zəfər yürüşü öz məntiqi həllinə və fəlsəfi , sisyasi , hüquqi   məzmununa qovuşmuş oldu. Çünki , 1923-cü ilin 10 mayından başlanan yol 2023-cü ilin 19 senyabrında öz mənəvi zirvəzinə yüksəldi. Ata vəsiyyəti bütün anlamı ilə icra edildi .

Qarabağ zəfərindən sonra cənab Prezident tərəfindən işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı hazırlanaraq genişmiqyaslı quruculuq və bərpa işlərinə start verildi. Yeni yollar, hava limanları, enerji xətləri, su və qaz infrastruktur layihələri həyata keçirildi  . Ağıllı kəndlər və yaşıl enerji zonaları yaradıldı və yaradılmağa davam edilir . Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu gün azad edilmiş torpaqlar təkcə fiziki olaraq deyil, həm də mənəvi cəhətdən dirçəlir. Azərbaycan xalqı 2020-ci ildə təkcə torpaqlarını azad etmədi. Azərbaycan xalqı öz qürurunu, ləyaqətini, milli kimliyini bərpa etdi. Bu, yüzillərlə davam edən haqsızlığın sonu, ədalətin təntənəsi idi. Məhz bu zəfərlə biz sübut etdik ki, milli birlik və güclü liderlik olduğu zaman Azərbaycan qarşısında heç bir maneə dayana bilməz. Prezident İlham Əliyev Milli Qurtuluş irsini gələcək nəsillərə daşımaqla yanaşı, bu irsi daha da zənginləşdirir, dərinləşdirir və möhkəmləndirir. Onun rəhbərliyi altında Azərbaycan təkcə iqtisadi deyil, həm də siyasi, mədəni və mənəvi baxımdan yeni yüksəliş mərhələsinə qədəm qoyub.

Bugünkü Azərbaycan — sabit, güclü, inkişaf etmiş və qalib dövlətdir. Biz bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan xalqı öz müstəqilliyini qorumağı bacaran, dövlətçiliyini möhkəmləndirən, dünya miqyasında söz sahibi olan qalib bir xalqdır. Bu qürurun əsasında isə Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü dövlət idarəçiliyi məktəbi, həm də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət dayanır. Milli Qurtuluş Günü yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyin istiqamətverici mayakıdır.

Bu gün biz həm Prezidentimizin rəhbərliyi ilə görülən işlərə, həm də qarşıdakı hədəflərə böyük inamla baxırıq. Qarşımızda duran əsas məqsəd güclü, innovativ, sosial rifaha əsaslanan və hərtərəfli inkişaf etmiş Azərbaycan qurmaqdır.

Sonda bir daha qeyd etmək istəyirəm: Milli Qurtuluş Günü bizim dövlətçiliyimizin təməlidir. Bu təməl üzərində biz möhtəşəm zəfərlər qazandıq və qazancağıq. Ulu Öndərin ideyaları, Prezident İlham Əliyevin müdrik siyasəti və Azərbaycan xalqının birliyi ilə biz gələcəyə doğru inamla irəliləyirik.

Savalan İmanov,

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının Sumqayıt şəhər Yaşıldərə massivi ünvan ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 İyun 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see280

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see274

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see191

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see161

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see160

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see157

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see143

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see143

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see134

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see134

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see134

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see131

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see129

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see128

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see126

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see125

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see119

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see115

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see114

İsti havada rahat yuxuya getməyin BEŞ EFFEKTİV YOLU Nevroloqdan məsləhət

13 İyun 2025 02:38see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri