Icma.az
close
up
RU
Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək ŞƏRH

Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 iyun, AZƏRTAC

15 İyun - demokratik Azərbaycan Respublikasının qorunmasının və müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir. Bu tarix canı, həyatı, yorulmaz fəaliyyəti ilə Vətəninə bağlı olan Ümummilli Lider Heydər Əliyevin dünya tarixinin növbəti transformasiya dövründə Azərbaycan xalqının təkidli tələbi ilə Naxçıvandan Azərbaycanın paytaxtı Bakı şəhərinə xalqına xidmət etmək üçün gəldiyi gündür.

Ölkəmizin ictimai-siyasi həyatına Milli Qurtuluş Günü kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri vardır. Bu gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ümumiyyətlə, tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi yerə malikdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O xatırladıb ki, 1993-cü il iyunun 15-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və davamlı inkişafın təməlini qoydu. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.

Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin edilməsinə yönəltdi və buna nail oldu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.

İlk dəfə Ümummilli Lider tərəfindən Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü, qısa vaxtda ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbaycanın tarixində yeni dövrün – faktiki müstəqilliyin, demokratiya və hüquqi dövlət quruculuğunun inkişaf mərhələsinin başlanğıcı qoyuldu.

Məhz həmin tarixi gün Azərbaycan xalqının yaddaşında Milli Qurtuluş Günü kimi həkk olundu, 1997-ci ilin iyun ayında Milli Məclis tərəfindən dövlət bayramı elan edildi.

Prezident İlham Əliyev bu tarixlə bağlı deyib: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Həqiqətən də 1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri, bugünkü reallıqların bünövrəsi kimi daxil olub, 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamıdır.

Deputatın sözlərinə görə, keçdiyimiz 22 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın nəinki regionda, eyni zamanda, beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirdi. İkinci Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

2020-ci ildə Azərbaycan xalqı Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin miras qoyduğu yolu müvəffəqiyyətlə davam etdirərək, Azərbaycanı öz ərazi bütövlüyünə qovuşdurdu, 2023-cü ildə isə Qarabağımızda baş verən qanunsuzluqlar birdəfəlik ləğv edildi və hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağı oktyabrın 15-də Xankəndidə dalğalanmağa başladı, Suverenliyimiz bərpa olundu. Prezident İlham Əliyev də ata vəsiyyətini yerinə yetirdiyinə görə xoşbəxt olduğunu vurğulayıb. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz Qələbənin, eyni zamanda, dövlətin və dövlətçiliyin inkişafına, qorunmasına yönəlik bütün sahələri əhatə edən strategiyaların son 20 ildən artıq müddətdə uğurla davam etdirildiyinin göstəricisidir.

“Beləliklə, 2025-ci ildə xalqımız Milli Qurtuluş Gününü böyük fəxarət və qürur hissi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində qeyd edir. Bu gün həm Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, azərbaycançılıq ideologiyası ətrafında birləşmək kimi müqəddəs hissləri özündə ehtiva edir, eyni zamanda, suveren, demokratik Azərbaycanın hər bir şəhər, rayon və kəndində böyük coşqu ilə qeyd olunur. 1993-cü ildən bu günə qədər əldə etdiyimiz uğurlar əminliklə söyləməyə əsas verir ki, biz dövlət müstəqilliyimizi bir daha əldən verməyəcəyik, qəhrəman övladlarımızın şücaəti ilə əldə etdiyimiz suverenliyimiz əbədi olacaq. Azərbaycan tarixinin unudulmaz səhifələrindən olan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək”, - deyən Məzahir Əfəndiyev fikirlərini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri