Icma.az
close
up
RU
Milli qurtuluşa gedən yolun başlanğıcı

Milli qurtuluşa gedən yolun başlanğıcı

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

3 oktyabr 1993-cü il – hər bir azərbaycanlının qəlbində qızıl hərflərlə yazılan bir tarix. Bir tarix ki, hər bir azərbaycanlı inamla Ulu Öndər Heydər Əliyevə səs verdi. Bu qərar doğru qərar idi.

Dünya siyasətinin nəhənglərindən sayılan Ulu Öndər Heydər Əliyev xalqının xilaskarı missiyası ilə Ulu Yardan və zaman təfərindən Azərbaycanın taleyinə bəxş edilmiş şəxsiyyətlərdəndir. Bu dahi insanın Azərbaycan xalqının yaddaşında xilaskar dövlət xadimi kimi qalması heç də tasadüfi deyildi. Xalqın taleyində, ictimai və siyasi həyatında onun qədər misilsiz xidmətləri olan ikinci dövlət adamı tapmaq mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Ulu Öndər Heydəri tanıdığımız gündən ona ən böyük azərbaycanlı demişik.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın formalaşması dövrü oldu.

1993-cü ildə müasir siyasətin banisi Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişat edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Böyük zəhmət sərf olunub. Odur ki, biz bu günkü Azərbaycanı daim qorumalıyıq.

İstər birinci hakimiyyət dövründə istər ikinci, Ulu Öndər Heydər Əliyev yeritdiyi kadr siyasəti bütün sahələrdə bacarıqlı və layiqli adamların seçilməsi üçün şərait yaratdı. İndi də bu kadr siyasəti davam edir. Respublikanın iqtisadi, mədəni və elmi inkişafı üçün hüquqi baza yaradılması Azərbaycanın bu sahələrdə dünya elm mübadiləsinə təkan verdi. Təbii ki, bunların başında respublikada qanunçuluğun möhkəmləndirilməsi durur ki, Ulu Öndər Heydər Əliyev bu istiqamətində mühüm tədbirlərin təşəbbüskarı kimi çıxış edirdi.

Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, tərəqqi dövrü kimi daxil olub. Bu illərdə dahi şəxsiyyətin yaratdığı möhkəm təməl Azərbaycanın bugünkü uğurlarını təmin etdi. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, dünyaya Günəş kimi doğdu, Ümummilli Lider 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu çətin günləri keçib gedəcəyimizi, hər kəsin belə qüdrətli dövlətin vətəndaşı olması ilə qürur duyacağını böyük əminliklə qeyd edirdi.

Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Onlardan ən mühümü 2003-cü ilin 1 oktyabr tarixində xalqa tarixi müraciəti oldu. Bu müraciət Heydər Əliyev siyasətinin uğurlu davamının əsasına çevrildi. Ümummilli Lider həmin tarixi müraciətdə bildirirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Möhtəşəm uğurlarımızın miqyasını təsəvvür etmək üçün son 21 ildən artıq dövrün reallıqlarına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın qarşısında dayanan vəzifələrdən bəhs edərkən böyük əminliklə bildirdi ki, onları həyata keçirmək üçün ən başlıcası ulu öndər Heydər Əliyev siyasəti davam etdirilməlidir.

Budur, 44-günlük müharibənin nəticəsi ilə, Zəfəri ilə, 23 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə cənab prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi və xalqının etimadını doğrutdu.

Ulu Öndər Heydər Əliyevin haqqında fəxrlə onu deyə bilərəm ki, bəşər tarixində nadir rast gəlinən haldır ki, siyasi liderlik keyfiyyətlərini bir dövlət adamı özündə birləşdirsin.

Göründüyü kimi, Ümumilli Lider Heydər Əliyev siyasətinin uğurları davamlıdır. Hər günün tariximizə uğur səhifəsi kimi yazılması uğurlarımızın miqyasının nə qədər böyük olduğunu nümayiş etdirir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

İndi Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanılır. Ölkəmizin inkişafında uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır.

Şəhla Xəlilova

YAP Yasamal rayon AMEA Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri