Icma.az
close
up
RU
Qurtuluşa gedən yolun ilk pilləsi

Qurtuluşa gedən yolun ilk pilləsi

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqımızın yaddaşında silinməz iz
buraxıb. Müstəqilliyimizin xilaskarı, Ulu Öndər Heydər Əliyev böyük səs çoxluğu ilə
Prezident seçildi. Məhz bu seçkilər ölkəmizin gələcək müqəddəratını həll etdi. Bu seçkilər
xalqımız üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən
yolun ilk pilləsi idi. 33 il əvvəl xalq həmin seçimi ilə bugünkü qüdrətli, dünyada sayılıb-
seçilən, mövqeyi gündən-günə möhkəmlənən, beynəlxalq aləmdə əməkdaşlığı genişlənən
və strateji tərəfdaşlarının sayı durmadan artan müstəqil Azərbaycan dövlətinin təməli
qoyuldu. Bu seçkilər, həmçinin Azərbaycanın beynəlxalq aləmdə əməkdaşlığı üçün yol
açdı.
Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı durum hər kəsin yaddaşındadır. Həmin
illərdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu
ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi
xəritəsindən silinmək təhlükəsini yaşadı. Azərbaycanın bu gününü müstəqilliyinin
bərpasının ilk illəri ilə müqayisə etdikdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,
Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun
saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisinin reallıqda öz əksini tapdığını
görürük.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər
Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan xaosdan,
anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu. Azərbaycan qısa müddətdə
sabitlik diyarına çevrildi. Ümummilli Lider daim bu arzu ilə yaşayırdı ki, Azərbaycan
dünyaya Günəş kimi doğsun. Məhz gələcəyə hesablanmış siyasət nəticəsində Azərbaycan
müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirdi, ikitərəfli və
çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrildi.
Azərbaycan Ümummilli Liderin arzuladığı Azərbaycan oldu. Günəş kimi parladı, davamlı
uğurları ilə dünyanın diqqətində oldu. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin
edilməsində mühüm rol oynayan “Əsrin müqaviləsi” imzalandı. Ölkəmizin bu gününə və
gələcəyinə inam artdı. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Ümummilli Lider
Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz
təbii sərvətlərinin əsl sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan
verən resurslar əldə edildi. Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün
sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət
quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən
azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə
olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm
qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib
qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət
qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Təbii ki, atılan hər bir addımın əsasında Ulu Öndər Heydər Əliyevin torpaq, Vətən sevgisi.
Xalqına bağlılığı dayandı. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı bütün
dövrlərdə aktuallığını qoruyaraq harada yaşamasından asılı olmayaraq bütün dünya
azərbaycanlılarının həyat amalına çevrilib. Aforizmə çevrilən “Heydər Əliyevin adı
çəkiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev düşünülür” fikri də reallıqlara

əsaslanır. Ulu Öndər bildirmişdir ki, nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə
Azərbaycanda əbədi olacağam!
Tarixi paralellər fonunda Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan
dövlətinə, xalqına xidmətlə səciyyələnir. Əbəs yerə deyilmir ki, dövlət o zaman güclü,
qüdrətli olur ki, onun güclü, xalqını düşünən Lideri var. Azərbaycan tarixində, xalqın
yaddaşında Ulu Öndər Heydər Əliyev müstəqil müasir dövlətin simvolu kimi qalmış və
qalacaq. Dahi şəxsiyyət bu çağırışı etmişdir ki, hər birimizin müqəddəs borcu müstəqil
dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri
səviyyəsinə qaldırmaqdan ibarətdir.

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri