Icma.az
close
up
RU
Milli Qurtuluşdan tarixi Zəfərə: əbədiyaşar ideyaların təntənəsi

Milli Qurtuluşdan tarixi Zəfərə: əbədiyaşar ideyaların təntənəsi

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəni məhv olmaq təhlükəsindən xilas edən, dövləti qurub yaradan, ömrünü xalqa həsr edən insanları dahi şəxsiyyət adlandırırlar. Tarix isə görkəmli siyasi xadimləri çox nadir hallarda yetişdirir və bu xoşbəxtlik hər millətə nəsib olmur. Çünki müdrik şəxsiyyətlər xalqların taleyinə təsir göstərmək gücünə malikdirlər. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna rol oynamış əbədiyaşar lider kimi yadda qalmışdır. Məhz Ümummilli Liderin adı bilavasitə xilaskarlıq missiyası və genişmiqyaslı quruculuq fəaliyyəti ilə bağlıdır.

Liderlik fenomeni və xilaskarlıq missiyası: xalqa xidmət nümunəsi

Heydər Əliyevin fəaliyyətinin hər bir mərhələsinə nəzər saldıqda aydın görünür ki, Ulu Öndər ömrü boyu xalqın və dövlətin mənafeyinə xidmət etmiş, bu şərəfli yolda  daim fədakarlıqla çalışmışdır. Belə ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrü bu müqəddəs amallar uğrunda sədaqətli xidmətin bariz nümunəsi kimi xarakterizə etmək olar.

1992-ci il oktyabrın 16-da məşhur “91-lər”in “Səs” qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə ünvanladıqları müraciət həmin dövrün mürəkkəb ictimai-siyasi şəraitində mühüm tarixi əhəmiyyət daşıyan addım kimi qiymətləndirilir. Ölkədə hökm sürən qeyri-sabitlik, idarəetmədə yaşanan böhran və gələcəyə inamsızlıq cəmiyyətdə yeni siyasi qüvvəyə ehtiyac yaratmışdı. Məhz bu şəraitdə irəli sürülən təşəbbüs geniş ictimai dəstək qazandı və qısa müddət ərzində mütəşəkkil siyasi hərəkatın formalaşmasına zəmin yaratdı.

Bu prosesin məntiqi davamı olaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Bu əlamətdar hadisə gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mərhələ kimi tarixə düşdü. Təsis konfransında qəbul olunan qərarlar partiyanın ideoloji əsaslarını formalaşdırdı, milli maraqlara əsaslanan siyasi xətt müəyyən edildi. Qısa müddət ərzində geniş ictimai dəstək qazanan bu siyasi qüvvə ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa başladı və sonrakı dövrdə sabitliyin təmin olunmasına, dövlətçiliyin möhkəmlənməsinə mühüm töhfələr verdi.

1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı respublikamızın taleyində mühüm dönüş nöqtəsi oldu. Onun zəngin siyasi təcrübəsi və qətiyyətli qərarları nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət strukturlarının fəaliyyəti təmin olundu və gələcək inkişaf üçün möhkəm təməl formalaşdırıldı. Bu keşməkeşli dövr dövlətçilik tarixində qurtuluş mərhələsi kimi qiymətləndirilir.

Sabitlikdən inkişafa: müstəqil dövlət quruculuğunun ideoloji əsasları

1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və siyasi iradəsi ilə imzalanan və “Əsrin müqaviləsi” kimi tarixə düşən neft sazişi ölkəmizin siyasi-iqtisadi mövqeyində fundamental dönüş nöqtəsinə çevrildi.

Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadiyyatın dayanıqlı inkişafı ilə yanaşı, dövlət idarəçiliyi sahəsində genişmiqyaslı islahatlar həyata keçirildi, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğunun möhkəm təməli formalaşdırıldı. 1995-ci il noyabrın 12-də keçirilən referendum (ümumxalq səsverməsi) nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Bununla paralel olaraq, ana dilinin dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsi, milli-mədəni irsin sistemli şəkildə təbliği dövlət siyasətinin prioritetlərindən birinə çevrildi.

Ulu Öndər Heydər Əliyev milli ideologiya məsələsinə xüsusi həssaslıqla yanaşmış, dövlətin ideoloji əsaslarının formalaşdırılmasını strateji prioritet kimi müəyyən etmişdir. Onun məqsədyönlü və ardıcıl siyasəti nəticəsində azərbaycançılıq ideologiyası təkcə siyasi baxışlar sistemi deyil, həm də cəmiyyətin birləşdirici gücünü ifadə edən fundamental milli konsepsiya səviyyəsinə yüksəlmişdir. Bu ideologiya milli birliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunub saxlanılması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi kimi mühüm vəzifələri özündə ehtiva etmişdir. Ulu Öndərin bu istiqamətdə atdığı addımlar cəmiyyət daxilində ideoloji sabitliyin formalaşmasına, milli özünüdərkin güclənməsinə və dövlətə olan inamın artmasına ciddi töhfə vermişdir.

Eyni zamanda, azərbaycançılıq məfkurəsi ölkənin uzunmüddətli inkişaf strategiyasının ideoloji dayağı kimi çıxış etmiş, dövlət idarəçiliyində milli maraqların üstün tutulmasına şərait yaratmışdır. Bu yanaşma müxtəlif sosial qrupların bir amal ətrafında birləşməsinə, sabitliyin və ictimai həmrəyliyin təmin olunmasına xidmət etmişdir. Nəticə etibarilə, milli ideologiyanın formalaşması dövlət quruculuğunun möhkəm təməl daşlarından birinə çevrilmişdir.

Balanslaşdırılmış xarici siyasət: milli maraqları təmin edən amil

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən xarici siyasət kursu milli maraqlara əsaslanan, eyni zamanda beynəlxalq reallıqları nəzərə alan yanaşma ilə səciyyələnmişdir. Bu siyasətin əsas məqsədi dövlətin beynəlxalq aləmdə etibarlı və nüfuzlu aktor kimi möhkəmlənməsini təmin etmək olmuşdur. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkənin beynəlxalq əlaqələri yeni mərhələyə qədəm qoymuş, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri genişləndirilmişdir. Bu proses həm siyasi, həm iqtisadi, həm də humanitar sahələri əhatə edərək çoxşaxəli xarakter daşımışdır.

Xarici siyasətin balanslı xarakteri dövlətin maraqlarının qorunmasında çevik və düşünülmüş diplomatik addımların atılmasını təmin etmişdir. Nəticədə, ölkə beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi qəbul olunmuş, regional və qlobal əməkdaşlıq platformalarında fəal iştirak edən mühüm aktorlardan birinə çevrilmişdir. Bu balanslaşdırılmış xarici siyasət xətti dövlətin beynəlxalq mövqeyinin möhkəmlənməsində, iqtisadi inteqrasiyanın genişlənməsində və strateji tərəfdaşlıqların qurulmasında həlledici rol oynamışdır.

Uzaqgörən siyasəti sayəsində Azərbaycanın hər sahədə mütərəqqi inkişafını və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Ümummilli Lider Heydər Əliyev həmin istiqamətdə göstərdiyi gərgin səylərlə yanaşı, Cənubi Qafqazın sülhün bərqərar olduğu bir məkana çevrilməsi naminə uğurlu fəaliyyəti ilə də hər zaman hörmət və ehtiramla xatırlanacaqdır. Onun dəyərli töhfələri ilə reallaşdırılan irimiqyaslı layihələr dövlətlər və xalqlar arasında əməkdaşlıq körpüsü rolunu oynayır. Sarsılmaz təməllər üzərində qurulan bu əlaqələr hazırkı dövrdə uğurla inkişaf etdirilir.

Dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir: “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlı üçün şərəfli vəzifədir”.

Media siyasəti: demokratik dəyərlərin təşviqi

Ulu Öndər Heydər Əliyevin fəaliyyətində mətbuatın inkişafı və söz azadlığının təmin olunması xüsusi yer tutmuşdur. O, kütləvi informasiya vasitələrini cəmiyyətin inkişafında mühüm amil kimi qiymətləndirir, mətbuatın dövlət və xalq arasında körpü rolunu oynadığını daim vurğulamışdır. Ümummilli Liderin rəhbərliyi dövründə mətbuatın fəaliyyətinin genişləndirilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılmışdır.

Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması bu sahədə yeni mərhələnin əsasını qoydu və söz azadlığının təmin olunması baxımından tarixi əhəmiyyət kəsb etdi. Senzuranın aradan qaldırılması ilə kütləvi informasiya vasitələri daha sərbəst fəaliyyət göstərmək imkanı əldə etdi, cəmiyyətdə fikir plüralizmi genişləndi.

Ulu Öndər mətbuatın yalnız azad deyil, həm də məsuliyyətli olmasının vacibliyini önə çəkirdi. O qeyd edirdi ki, jurnalistlər obyektiv, qərəzsiz və peşəkar fəaliyyət göstərməli, cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət etməlidirlər. Bu baxımdan, jurnalistikanın etik prinsiplərə əsaslanması və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində də mühüm təşəbbüslər irəli sürülürdü.

Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də mətbuatın maddi vəziyyətinin yaxşılaşdırılması idi. Onun təşəbbüsü ilə qəzet və jurnallara dövlət dəstəyi göstərilmiş, çap imkanlarının genişləndirilməsi üçün şərait yaradılmış, media qurumlarının fəaliyyətinin davamlılığı təmin olunmuşdur. Eyni zamanda, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəaliyyətinə dövlət qayğısının artırılması istiqamətində mühüm qərarlar qəbul edilmişdir.

Ümummilli Lider mətbuatın cəmiyyətin maarifləndirilməsində rolunu da yüksək qiymətləndirirdi. O, medianın milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun aşılanması və ictimai şüurun formalaşmasında əvəzsiz rol oynadığını bildirirdi. Bu səbəbdən də mətbuatın inkişafı yalnız informasiya sahəsinin deyil, bütövlükdə cəmiyyətin inkişafının vacib tərkib hissəsi kimi dəyərləndirilir.

Ümumilikdə, Heydər Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında mühüm rol oynamış, müasir media mühitinin formalaşmasına zəmin yaratmışdır. Onun müəyyən etdiyi prinsiplər bu gün də aktual olaraq qalır və mətbuatın azad, peşəkar və məsuliyyətli fəaliyyətinin təmin olunmasında mühüm istiqamətverici rol oynayır.

Qətiyyətli siyasi iradə: şanlı Zəfərə doğru

Dahi şəxsiyyətin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün təmin olunması, tarixi ədalətin bərpası idi. Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırıldı, məsələnin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, erməni yalanları ifşa edildi.

Ümummilli Lider torpaqlarımızın öz tarixi sahibinə qovuşacağına əminliyini ifadə edirdi. Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də xalqa müraciəti bu əminliyin təsdiqi oldu. “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”, - deyə qeyd edən Ulu Öndər Heydər Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.

Tarixi ədalətin bərpası və yeni strateji hədəflər

2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev hər bir vədini konkret əməli işlə təsdiqləmiş və ata vəsiyyətini yerinə yetirərək xalqımızı şanlı Zəfər zirvəsinə yüksəltmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad etmişdir.

Artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni həyat başlayıb, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdışı xalqımızda böyük qürur hissi doğurur. Bu torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən salınır və sosial obyektlər istifadəyə verilir. Eyni zamanda, iqtisadi fəaliyyətin canlandırılması, yeni iş yerlərinin açılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətində ardıcıl addımlar atılır. Bütün bunlar həmin ərazilərin yenidən dirçəldiyini və bölgələrdə davamlı inkişafın əsaslarının formalaşdırıldığını göstərir.

Nəticə etibarilə, qalib xalqın qalib Lideri İlham Əliyev strateji hədəfləri reallığa çevirməklə sözünün imzası qədər dəyərli olduğunu təsdiqləyir. Heç şübhəsiz, Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaqdır.

Xatirə Əliyeva,

Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 May 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri